Əsas Səhifə > Gündəm, Manşet > ŞEYXİN QUDASI BARƏDƏ HƏBS QƏRARI ÇIXARILIR

ŞEYXİN QUDASI BARƏDƏ HƏBS QƏRARI ÇIXARILIR


20-11-2012, 10:43
ŞEYXİN QUDASI BARƏDƏ HƏBS QƏRARI ÇIXARILIR
MİSİRDƏ BAŞ VERƏN SON HADİSƏLƏR ƏLİ EVSENİN DURUMUNU AĞIRLAŞDIRDI

DİA.AZ: - Hələ də Misirin devrilmiş prezidenti Hüsnü Mübarəkin də iştirakçısı olduğu maliyyə maxinasiyaları ilə bağlı İspaniyada polis nəzarəti altında saxlanılan, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası, tanınmış iş adamı Əli Evsenlə bağlı müəmmalar davam edir. Xatırladaq ki, onun yalnız xüsusi hallarda İspaniya ərazisini tərk etmək hüququ var ki, bunun üçün rəsmi Madridin imzası tələb olunur.

DİA.AZ-ın əcnəbi mətbuatdan əldə etdiyi son məlumatlardan isə aydın olur ki, şefxin qudasına qarşı yeni ittihamlar səsləndirilib. Xatırladaq ki, dünən Hüsnü Mübarəkin qaynı Munir Sabit Misir polisi tərəfindən həbs edilib. Munir Sabit isə Əli Evsenlə bağlı işdə əsas açar isimdir. Belə ki, zaman-zaman Munir Sabitə aid şirkətlərin əli ilə böyük maliyyə fırıldaqlarına imza atan Əli Evsenlə bağlı açılmış cinayət işində bu məqama xüsusi olaraq toxunulur.

Məlumatlardan aydın olur ki, Munir Sabitlə Əli Esvenin ortaq «laihyələri» nəticəsində təkcə Misir dövlətinin büdcəsinə 2 milyard ABŞ dolları həcmində ziyan vurulub ki, bu məbləğ də artıq büdcəyə qaytarılıb.

Onu da bildirək ki, artıq Munir Sabitin həbs olunması Əli Evsenin üzərindəki şərti azadlıqdan mərhumetmə cəzasının azadlıqdan mərhumetmə cəzası ilə əvəzlənməsini də labüd edə bilər.

Geri qayıt