Əsas Səhifə > Cəmiyyət, Manşet > KEÇMİŞ DEPUTAT «FACEBOOK»DAN ŞİKAYƏT ETDİ

KEÇMİŞ DEPUTAT «FACEBOOK»DAN ŞİKAYƏT ETDİ


19-11-2012, 14:20
KEÇMİŞ DEPUTAT «FACEBOOK»DAN ŞİKAYƏT ETDİ
NAZİM MƏMMƏDOVLA HÜQUQŞÜNAS ÜZ-ÜZƏ

DİA.AZ: - Tanınmış hüquqşünas Mehman Muradlıdan polisə şikayət olunub. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, Mehman Muradlı keçmiş millət vəkili Nazim Məmmədov tərəfindən polisə verilib.

Redaksiyamızın əməkdaşları ilə söhbətində Mehman Muradlı bildirdi ki, onu Yasamal rayon polis idarəsi 28-ci bölməsinə sabiq millət vəkilinin iddiası ilə çağırıblar.

Nazim Məmmədovun onu nədən polisə verməyinə gəlincə isə Mehman Muradlı bildirdi ki, təxminən 15-10 gün bundan əvvəl onunla Nazim Məmmədov arasında «facebook» sosial şəbəkəsində mübahisə yaranıb: «Mübahisə zamanı Nazim Məmmədov məni təhqir etdi. Mən də onun cavabını verdim. Bundan sonra da blok qoydu»

Mehman Muradlı onu da bildirdi ki, bu gün həmin hadisələrlə bağlı mətbuata geniş açıqlama verəcək.

Geri qayıt