Əsas Səhifə > Siyasət, Manşet > «AZAL»IN QƏBƏLƏ HAVA LİMANI MAXİNASİYASI

«AZAL»IN QƏBƏLƏ HAVA LİMANI MAXİNASİYASI


19-11-2012, 11:05
«AZAL»IN QƏBƏLƏ HAVA LİMANI MAXİNASİYASI
QƏBƏLƏDƏN MOSKVAYA 148 MANAT, MOSKVADAN QƏBƏLƏYƏ 102 MANAT

DİA.AZ: - Məlum olduğu kimi, bir müddət əvvəl böyük pullar hesabına inşa olunan Qəbələdəki hava limanı beynəlxalq status alaraq istismara verildi. Artıq Rusiya və başqa ölkələrdən Qəbələ hava limanına uçuşlar edilməkdədir. Amma burada da maraqlı məqamlar yetərincədir.

Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə maraqlı bir faktı açıqlayım. Məlum olur ki, sən demə, Moskvada Rusiyanın heç də məşhur olmayan şirkətlərindən biri Qəbələyə uçuşlar təşkil edir və qarşılıq olaraq da «AZAL»la birgə uçuşlar təşkil olunur. Lakin bu işdə mənbəmiz «AZAL»ın aşkar surətdə korrupsiyaya yol verdiyini də vurğulayır:

«Diqqət yetirin, Rusiyanın heç də məşhur olmayan aviaşirkəti Moskvadan Qəbələyə uçuşları bir nəfər üçün 102 manata təşkil edir. Amma qarşılıq olaraq Qəbələdən Moskvaya uçuşları təşkil edən, yəni biletləri satan «AZAL» eyni yolu, eyni keyfiyyəti və eyni xidməti 148 manata təklif edir. Yəni arada 46 manat fərq var. Ona görə də, Qəbələ-Moskva reysinin sərnişinləri Rusiyadan bilet sifariş etməyi daha məqsədəuyğun bilirlər».

Mənbəmiz onu da bildirdi ki, bu qəribə situasiya ilə bağlı dəfələrlə «AZAL» rəhbərliyinə şikayət olunsa da, bir normal izahat eşidilməyib. Hər halda, müvafiq dövlət qurumlarının bu məsələyə aydınlıq gətirməsinə ehtiyac var.

Geri qayıt