Əsas Səhifə > Gündəm, Manşet > BAŞ GÖMRÜKÇÜ PREZİDENTİN SİYASƏTİNƏ QARŞI
BAŞ GÖMRÜKÇÜ PREZİDENTİN SİYASƏTİNƏ QARŞI19-11-2012, 10:41 |
AYDIN ƏLİYEV DÖVLƏTİN SİYASƏTİNİ ÖZ BİZNES MARAĞINA QURBAN VERİR DİA.AZ: - Hələ bir müddət əvvəl Sumqayıtda Kauçuk Zavodunun açılışı zamanı prezident İlham Əliyev bəyan etmişdi ki, bundan sonra istesal olunacaq kauçuk və plastik borular daxili təlabatı tam ödəyəcək. DİA.AZ xəbər verir ki, əslində, dövlət başçısı bununla mesaj vermişdi ki, xaricdən gətirilən məhsulların miqdarını azaltmağın vaxtı çatıb. Lakin Dövlət Gömrük Komitəsi və onun rəhbəri Aydın Əliyev bu mesajdan deyəsən, heç nə anlamayıb. Belə ki, hal hazırda ölkəyə xaricdən plastik su borularının gətirilməsi davam edir. DİA.AZ bildirir ki, yerli istehsal varkən, daxili bazarı əlinə almış «Fırat Boru»ları Türkiyə istehsalıdır və onun qiyməti yerli maldan cüzi miqdarda bahadır. Onu da bildirək ki, Sumqayıtdakı zavod işə düşənə qədər, Azərbaycanın daxili təlabatı məhz Türkiyə istehsalı olan bu boruların sayəsində mümkünləşirdi. Amma bu gün yerli istehsal var və onun bazarda yer tutmasına Gömrük Komitəsi də yardımçı olmalıdır. Normal qaydalarda yerli istehsal varsa, xaricdən gətirilən məhsullara qoyulan gömrük rüsumları qaldırılmalı və onların ölkəyə total axınının qarşısı alınmalıdır. Amma DGK bunun tam əksinə olaraq, Türkiyədən gətirilən «Fırat Boru»larına nə yüksək gömrük rüsumu tətbiq ediblər, nə də onların kütləvi daşınmasının qarşısını almaq üçün tədbirlər görürlər. Görünür, DGK sədri Aydın Əliyevi yerli maldan daha çox, başqa maraqlar düşündürür. Əgər belə olmasaydı, dövlət başçısının ünvanladığı konkret məsələnin icrası ilə məşğul olardı. Geri qayıt |