Əsas Səhifə > Siyasət, Manşet > VASİF TALIBOV FHN ŞEFİNƏ DƏRS KEÇMƏK FİKRİNDƏDİR

VASİF TALIBOV FHN ŞEFİNƏ DƏRS KEÇMƏK FİKRİNDƏDİR


19-11-2012, 10:17
VASİF TALIBOV FHN ŞEFİNƏ DƏRS KEÇMƏK FİKRİNDƏDİR
RƏSUL QULİYEVİN PARTİYASININ OFİSİ XAN TƏRƏFİNDƏN SATIN ALINIB

DİA.AZ: - Neçə müddətdir ki, sizləri hazırda siyasi mühacir həyatı yaşayan keçmiş parlament sədri Rəsul Quliyevlə fövqəlad hallar naziri Kəmaləddin Heydərovun arasındakı isti münasibətlərlə bağlı məlumatlandırmaqdayıq. Xatırladaq ki, Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyası Kəmaləddin Heydərovun çox yaxın adamlarına məxsus binadan qərargah kimi istifadə etməkdədir ki, bu da birmənalı qarşılanmamaqdadır.

Bununla bağlı yaydığımız məlumatlarda da deyilirdi ki, Kəmaləddin Heydərovun göstərişi ilə müavini Orucəli Hacıyev qaynı Azər Əsgərovun adına olan 500 kvadrat metrlik ofisi ACP-yə icarəyə verib. Doğrudur, yayılan xəbərlərdə ofisə görə, Rəsul Quliyevin bir aya 7 min dollar pul ödədiyi söylənilir. Amma DİA.AZ-a bu barədə danışan qaynaq iddia edir ki, osif təmənnasız olaraq ACP-yə verilib.

Redaksiyamızın əldə etdiyi son bilgilərdən isə aydın olur ki, artıq həmin ofislə bağlı başı əməlli-başlı ağrıyan Kəmaləddin Heydərova ənənəvi rəqibi tərəfindən bir gediş edilib. Söhbət «axçıvan xanı» kimi tanınan Vasif Talıbovdan gedir.

Mənbəmiz bildirir ki, Kəmaləddin Heydərovla rəqabətdə olan Vasif Talıbov artıq nazirə problem hesab olunan ofisi almağa hazır olduğunu bildirib və artıq alqı-satqı işlərinin həyata keçirildiyi də söylənilir.

Məlumatlı mənbə iddia edir ki, satışa 3 milyon dollara çıxarılan həmin ofis artıq Vasif Talıbov tərəfindən alınıb və yaxın günlərdə ACP ofisindən çıxarılacaq: «Sənədlər rəsmiləşdikdən sonra belə bir addım atıla bilər. Bununla da Kəmaləddin Heydərova daha bir zərbə vurulmuş olacaq. Çünki belə bir hadisə baş verərsə, o zaman Vasif Talıbov hakimiyyətə FHN şefindən daha yaxın və daha sədaqətli fiqur olduğunu nümayiş etdirmiş olacaq».

Geri qayıt