Əsas Səhifə > Gündəm, Manşet > FƏRƏC QULİYEV HAKİMİYYƏTƏ BELƏ AYAQ UYDURUR
FƏRƏC QULİYEV HAKİMİYYƏTƏ BELƏ AYAQ UYDURUR19-11-2012, 10:00 |
KEÇMİŞ MÜXALİFƏTÇİ ÖZÜNƏ TƏMTƏRAQLI AD GÜNÜ KEÇİRMƏK FİKRİNDƏDİR DİA.AZ: - Son zamanlar deputatların yubiley keçirməsi dəbə minib. Redaksiyamıza daxil olan məlumata görə, bir zamanlar AXC-də yüksək mövqelərdə təmsil olunmuş, uzun müddət həbsdə yatmış, sonradan isə mövqe transferi deərək deputat mandatı əldə etmiş Milli Dirçəliş Hərəkatı Partiyası adlı qurumu yaratmış Fərəc Quliyevin təşkilatı və dostları ona ad günü keçirəcək. Mənbə DİA.AZ-a bildirir ki, bu məlumatın gizlin saxlanılmasına da çalışılır: “Fərəc Quliyevin 50 yaşı tamam olur. Dekabr ayının 22-də ona təmtəraqlı yubiley keçiriləcək. Yubiley zənginliyi ilə seçilən şadlıq saraylarından birində keçiriləcək. Məkanın adını dəqiqləşdirib mətbuata ötürəcəyik. Yubileydə bir çox yüksək rütbəli dövlət nümayəndələrinin, partiya sədrlərinin, xarici qonaqların, tanınmış sənətçilərin iştirak edəcəyi də deyilir. Hətda onun haqqında sənədli film də çəkildiyi deyilir. Partiya üzvü olan varlı dostlarının isə Fərəc Quliyevə bahalı hədiyyələr bəxş edəcəyi gözlənilir. Xüsusilə də rusiyalı milyarder Mehrac Babayevin tədbirə qatılacağı qaçılmaz sayılır. Hakimiyyətin millət vəkilinə nə hədiyyə edəcəyi isə hələlik məlum deyil”. Geri qayıt |