Əsas Səhifə > Güney Press / Manşet > 21-Cİ ƏSR AZƏRBAYCANI = 20-Cİ ƏSRİN HİNDİSTANI

21-Cİ ƏSR AZƏRBAYCANI = 20-Cİ ƏSRİN HİNDİSTANI


17-11-2012, 10:23
21-Cİ ƏSR AZƏRBAYCANI = 20-Cİ ƏSRİN HİNDİSTANI
DİA.AZ: - Bakı sakini Qurban Əliyev redaksiyamıza şikayət edib. Şikayətçi DİA.AZ-a ünvanladığı məktubunda yazır ki, Neftçilər prospektində yerləşən ikimərtəbəli obyektini söküblər. Məhkəmələr isə Bakı şəhər İcra Hakimiyyətinin ona kompensasiya ödəməsi ilə bağlı qərar verib.

Kompensasiyanın məbləği ilə razılaşmasa da, narazı vətəndaş bildirir ki, indi heç Bakı Şəhər İcra Hakimiyyəti o kompensasiyanı da ödəmir.

Qurban Əliyev yazır: В«Mənim obyektim Qız Qalasının yanında yerləşirdi. İkimərtəbəli idi. Müasir standartlara cavab verən şəkildə təmir etdirmişdim. Birinci mərtəbəsində ərzaq mağazası, ikinci mərtəbəsində kafe fəaliyyət göstərirdi. Kafeyə əsasən xaricilər gəlirdi. Bakı Şəhər İcra Hakimiyyəti bir neçə dəfə mənə xəbərdarlıq etdi ki, binanı boşalt. Mən də razılaşmadım, çünki şəxsi mülküm idi. Tələb edirdim ki, dəyərləndirilsin, kompensasiyası ödənilsin, sonra binanı boşaldım. İcra Hakimiyyəti məni məhkəməyə verdi, 2007-ci ildə başlanan məhkəmə bu ilin aprel ayında bitdi. Ancaq hələ Səbail rayon məhkəməsində proses bitməmiş, 2007-ci ilin noyabr ayında ağır texnikayla binanı uçurtdular. Ərzaq dükanında 10 min manat dəyərində ərzaq vardı, işıqları kəsdilər, ərzaqlar xarab oldu. Sonra da binanı uçurtdular. Sonra da başladım uçurulmuş, şumlanmış mülkümün davasını aparmağaВ».

Qurban Əliyev bildirir ki, mülkə görə 2 milyon manat kompensasiya tələb edirmiş:

В«1 milyon manat mülkə görə, 1 milyon manat da torpağa və əldən çıxmış mənfəətə görə istəmişdim. Məhkəmə isə cəmi 220 min manat kompensasiya kəsdi. Dedim, heç olmasa 500 min kəsin, axı kəsdiyiniz kompensasiya bunun yarısından da az məbləğdir, belə ədalətsizlik olmaz. Kimdir məni eşidən?В».

Qurban Əliyev deyir ki, mülkiyyət hüquqları uğrunda çarpışa-çarpışa sağlamlığını da itirib:

В«Mülkü sökəndə polis qüvvəsi cəlb etmişdilər, mən söküntüyə müqavimət göstərirdim, necə döymüşdülərsə, elə o vaxtdan sağlamlığımda problemlər yarandı. İndi cərrahiyyə olunmalıyam, məhkəmənin kəsdiyi kompensasiyanı da ödəmirlər ki, heç olmasa bundan sonra özümə gün ağlayımВ».

Bakı Şəhər İcra hakimiyyətinin nümayəndəsi Hafiz Aberkarov bildirib ki, Qurban Əliyevə məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi tarix-mədəniyyət təyinatlı torpaq olduğu üçün Bakı şəhər İcra Hakimiyyəti məhkəməyə müraciət edərək, həmin torpaq sahəsi üzrə Qurban Əliyevlə bağlanmış alqı-satqı müqaviləsinin qanunsuz sayılmasını tələb edib. İddia da təmin olunub.

Bəs Qurban Əliyevə ödənməli olan kompensasiya niyə ödənilmir? Bu suala necə ki, Qurban Əliyev özü cavab tapmamışdı, üç həftə ərzində Bakı Şəhər icra Hakimiyyətinə etdiyimiz zənglərdə biz də cavab ala bilmədik.

DİA.AZ bildirir ki, əslində son illərdə vətəndaşların obyektlərinin, yaşayış evlərinin plana salınması və bu zaman da onların haqqının tapdanması bir ənənə halını alıb. Əslində sıradan Azərbaycan vətəndaşı bu kimi olaylara sovet dövründə hind filmlərində rast gələrdi. Hansısa kasıb hindlinin evini söhürlər və bu zaman bir qəhrəman ortaya çıxır... adı Cimi də ola bilər... və bu qəhrəman hindlinin hüquqlarını müdafiə edir...

Eyni durumdayıq. Yəni 21-ci əsrin Azərbaycanı tam olaraq 20-ci əsrin Hindistanıdır. Amma bir fərq var ki, bizim qəhrəmanlıq edəcək Cimimiz yoxdur...

Geri qayıt