Əsas Səhifə > Hadisə > BAKIDA 26 YAŞLI QIZ DƏM QAZINDAN BOĞULDU

BAKIDA 26 YAŞLI QIZ DƏM QAZINDAN BOĞULDU


16-11-2012, 10:07
BAKIDA 26 YAŞLI QIZ DƏM QAZINDAN BOĞULDU
DAHA NEÇƏ QURBAN VERMƏLİYİK?

Bakıda 26 yaşlı qız dəm qazından boğulub.
Nəsimi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 15-də gecə saat 23:00 radələrində Asif Məhərrəmov küçəsi ev 45, mənzil 10-da yaşayan 1986-cı il təvəllüdlü Aynur Sabir qızı Rzazadənin hamamda meyiti tapılıb.
Onun dəm qazından boğulub öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Geri qayıt