Əsas Səhifə > Güney Press / Manşet > RUSİYA AZƏRBAYCANA İVANAŞVİLİ AXTARIR

RUSİYA AZƏRBAYCANA İVANAŞVİLİ AXTARIR


15-11-2012, 15:47
RUSİYA AZƏRBAYCANA İVANAŞVİLİ AXTARIR
DİA.AZ: - Son günlər Rusiya ilə münasibətləri pozulan rəsmi Bakının bir neçə istiqamətdən təhdid olunması faktdır. Artıq hətta Kremlin Azərbaycanda ənənəvi üsullarla təxribatlar törətmək niyyətində olduğu da söylənilir. Məsələn, Rusiyanın ölkəmizdəki səfirinin adı bir çox cəncəllərdə hallandırılır.

Bununla bağlı hüquq-mühafizə orqanlarındakı qaynaqlardan DİA.AZ-a çox maraqlı məlumat daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Rusiyanın Azərbaycana qarşı təxribatlar törədə biləcəyi haqda ölkənin rəsmi qurumları, həmçinin xüsusi xidmət orqanları bir çox istiqamətdən xəbər alıb.

Mənbəmizin söylədikləri: В«Əsas olanı odur ki, Rusiya Azərbaycana qarşı ənənəvi priyomlarını işə salıb. Yenə də etnik və dini separatizmdən istifadə etməyə çalışırlar. Lakin bu işdə Azərbaycana kənardan dəstək verən qüvvələr var. Ən azından bu gün Amerikanın marağındadır ki, Azərbaycan Rusiyadan qırılsın. Eyni zamanda Putin administrasiyası ilə bir çox müstəvilərdə problem yaşayan beynəlxalq yəhudi təşkilatları da rəsmi Bakıya açıq dəstək verirlərВ».

Mənbəmiz onu da bildirdi ki, vəziyyətin bu həddə çatması o deməkdir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində ruslar Azərbaycanda ciddi təlatümlər yaratmağa cəhd edəcəklər: В«Hətta ruslar Azərbaycanda Gürcüstan modelini tətbiq etməyə hazırlaşırlar. Bizə də В«İvanaşviliВ» axtarırlar. Son zamanlar oliqarxların fəallaşmasını, Azərbaycan dövlətinə qarşı aşkar hərəkət etmələrini də bu qəbildən hesab etmək lazımdırВ».

Geri qayıt