Əsas Səhifə > Cəmiyyət / Manşet > В«AZƏRSUNВ» HOLDİNQİ ABDOLBARİ GOOZALDAN ALIRLAR

В«AZƏRSUNВ» HOLDİNQİ ABDOLBARİ GOOZALDAN ALIRLAR


15-11-2012, 15:05
В«AZƏRSUNВ» HOLDİNQİ ABDOLBARİ GOOZALDAN ALIRLAR
ŞİRKƏTİN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR

DİA.AZ: - Uzun müddətdir ki, Azərbaycanın qida bazarında mühüm yer tutan В«AzərsunВ» Holdinqin başı üzərini qara buludlar alıb. Bu şok məlumatı redaksiyamıza hökumət içindəki etibarlı mənbələr verib. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, В«AzərsunВ» Holdinqə qarşı son günlər müəyyən çevrələr tərəfindən həmlələr edilməkdədir.

Mənbəmizin söylədikləri: В«Ehtimal olunur ki, şirkətin rəhbərliyi dəyişə bilər. Yəni bütün hədəf bunun üzərində köklənib ki, В«AzərsunВ» əl dəyişdirsinВ».

Qeyd edək ki, В«AzərsunВ» Holdinqin sahibi Abdolbari Goozal adlı kürd əsilli Türkiyə vətəndaşıdır. Və onun kökəncə İrandan olduğu bildirilir. Onun özünə gəlincə isə illər əvvəl Azərbaycana gələn və özünün iddia etdiyi kimi, cəmi 2 milyon dollar pulu olan Abdolbari Goozal bu gün bir çoxlarına meydan oxuya biləcək səviyyədə geniş imkanlar sahibidir.

Onun hazırda varidatının miqyası 14-15 milyard dollar həcmində ölçülür. Mənbəmiz bildirir ki, Abdolbari Goozal dünənə qədər hakimiyyətin müəyyən bir qanadının himayəsi altında olduğundan indi bəzi dairələr В«AzərsunВ»la bağlı planları dəyişmək istəyirlər: В«Ola bilsin ki, Abdolbari Goozal Azərbaycandan birdəfəlik getməyə məcbur edilsin. Bu, onun prosesə reaksiyalarından daha çox asılı olacaqВ».

Geri qayıt