Əsas Səhifə > Güney Press / Manşet > “KURTLAR VADİSİ” MAFİYASI İLƏ BAĞLI ŞOK GƏLİŞMƏ

“KURTLAR VADİSİ” MAFİYASI İLƏ BAĞLI ŞOK GƏLİŞMƏ


15-11-2012, 13:25
“KURTLAR VADİSİ” MAFİYASI İLƏ BAĞLI ŞOK GƏLİŞMƏ
Akif Cəfərov; “Mafioz dəstənin təzyiqi ilə Fuad Hüseynovun əleyhinə yalan şikayət ərizəsi yazmağa və ifadə verməyə məcbur edilmişəm”

DİA.AZ: - Hazırda 3 saylı Şüvəlan İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi və jurnalist fəaliyyəti ilə məşğul olmuş Fuad Hüseynov haqqında Ucar rayonunun M.Ə.Rəsulzadə küşəsi, ev 26 ünvanda yaşayan yalançı zərəçəkmiş Cəfərov Akif Cəmşid oğlu müxtəlif instansiyalara və dövlət başçsına etiraf edici müraciət edib.

DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir; “ Ucar RPŞ-nin rəisi Tahir Quliyevin, onun müavini İlham Əhmədovun və məhkəmə hakimi Çingiz İsgəndərovun əlbir olub “Kurtlar Vadisi” adlı yaratdıqları mafioz dəstənin şərləyib həbsə atdıqları Fuad Hüseynovun cinayət işi üzrə qondarma zərərçəkənəm. Qondarma ittihama görə, guya Fuad Hüseynov 03 iyul 2010-cu il tarixdə saat 18 radələrində Ucar rayon Poçt İdarəsinin qarşısında məni və Azad Hüseynovu bıçaqla vurub xəsarət yetirməklə xuliqanlıq cinayəti edib.

Əslində isə yuxarıda adlarını göstərdiyim mafioz dəstənin təzyiqi ilə Fuadın əleyhinə yalan şikayət ərizəsi yazmağa və ifadə verməyə məcbur edilmişəm. Əvvəlcədən qurulmuş plana əsasən mən və Azad Ucar rayonunun Gəraybəyli kənd qəbirstanlığında bıçaqla qolumuzu kəsib özümüzə xəsarət yetirmişik, sonra bunu Fuad Hüseynovun etməsi barədə şikayət etmişik.

Mən sonradan səhvimi başa düşüb, qaçıb Bakı şəhərinə getdim, Orqanlara şikəyət etdim və Ucar rayon məhkəməsində bu cinayətin qondarma olmasını etiraf etdim, konkret sübutları təqdim etdim. Bütün bunlara baxmayaraq Fuadı girov götürmüş “Kurtlar Vadisi” adlı mafiyanın üzvü hakim Çingiz İsgəndərov 26.09.2011-ci il tarixdə qanunsuz hökm çıxartdı. Hökmdən mən və Fuad apellyasiya şikayəti verdik. Məni 10-gün tam qanunsuz Ucar RPŞ-də saxlayıb, apellyasiya şikayətimdən imtinaya məcbur etdilər. Ağır işgəncələrə dözməyib, apellyasiya şikayətimi geri götürdüm. Fuadın apellyasiya şikayəti üzrə 1-ildir ki, Şirvan Apellyasiya Məhkəməsində istintaq gedir. Apellyasiya Məhkəməsində Fuadın təqsirsiz, bu cinayətin isə qondarma olmasını təsdiq edən çoxsaylı sübutlar ortaya çıxdı.

İbtidai istintaq zamanı Fuadın əleyhinə yalan ifadə verən şahidlər Elçin Əliyevin, Ramil Salahovun, Vidadi Mürsəlovun, Fərman Abdullayevin etiraf video çıxışları var ki, Youtube.com saytında yayılıb. Həmin video çıxış olan disk Prezident cənab İlham Əliyevə göndərilib. Həmin sayıtda mənim çıxışım yayılıb.

Həmin şahidlər Ucar rayon Məhkəməsində, ibtidai istintaq zamanı Fuadın əleyhinə yalan ifadə verməyə məcbur edildiklərini etiraf ediblər.

Mən Azərbaycanda yaşayan bütün ədalətli, mərhəmətli insanlardan, vəzifəli şəxslərdən ən əsası isə Prezident İlham Əliyevdən xahiş edirəm Youtube.com saytında yayılan həmin video-fakta baxın. Bu video-fakt Fuad Hüseynovun təqsirsiz, günahsız olmasını, Onu “Kurtlar Vadisi” adlı mafioz dəstənin şərləyərək qondarma ittihamla həbsə atmalarını sübut edir.

Xahiş edirəm mənim bu müraciətimi nəzərə alıb Fuad Hüseynovun işinə ədalətli baxasınız.”

Geri qayıt