Əsas Səhifə > Hadisə > DAHA BİR KİŞİ ARVADINI QƏTLƏ YETİRDİ
DAHA BİR KİŞİ ARVADINI QƏTLƏ YETİRDİ15-11-2012, 10:08 |
YENƏ DƏ SƏBƏB QISQANCLIQ GÖSTƏRİLİR Siyəzən rayonunda ağır qətl hadisəsi baş verib. Bu barədə “Azadinform”a Siyəzən rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, rayon sakini, 1970-ci il təvəllüdlü Zülfüqar Əliyev qısqanclıq zəminində həyat yoldaşı 1977-ci il təvəllüdlü Durna Əliyevanı kəsici alətlə qətlə yetirib. Cinayəti törətmiş şəxs könüllü olaraq Siyəzən rayon Polis Şöbəsinə gələrək polis əməkdaşlarına təslim olub. O, polisə bildirib ki, arvadını namus üstündə qətlə yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb. Geri qayıt |