Əsas Səhifə > Gündəm, Manşet > «ABU İŞİ» İLƏ BAĞLI TOTAL HƏBSLƏR BAŞLAYA BİLƏR
«ABU İŞİ» İLƏ BAĞLI TOTAL HƏBSLƏR BAŞLAYA BİLƏR15-11-2012, 09:53 |
İKİ VƏZİFƏLİ ŞƏXSƏ İTTİHAM İRƏLİ SÜRÜLMƏSİ ÜÇÜN İCAZƏ GÖZLƏNİLİR DİA.AZ: - Az qala iki aydan artıqdır ki, ölkə gündəmini məşğul edən və eyni zamanda hakimiyyət içindəki çəkişmələrə yeni stimul və mahiyyət verən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqal yeni həbslərə rəvac verə bilər. Xatırladaq ki, bu olay nədəniyə artıq iki nəfər həbsdədir, bir deputat isə mandatından olub. Bununla bağlı DİA.AZ-a verilən xəbərlərdən belə aydın olur ki, daha iki məmura qarşı məlum cinayət işi ilə əlaqədar ittihamların irəli sürülməsi planlaşdırılır: «Həıləlik həmin şəxslərin kimlikləri barədə məlumat verilməsə də, aydın olanı odur ki, istintaq zamanı adları çəkilməyən vəzifəli şəxslərlə bağlı ortaya çox ciddi suallar çıxıb və bu da onlara qarşı rəsmi ittihamın irəli sürülməsini zəruriləşdirib». Mənbəmiz hər iki məmurun çox nüfuzlu çevrələrin himayəsi altında olması səbəbindən hansısa ölçünün götürülməsi ilə bağlı müstəqil qərarın verilməsinin də imkansız olduğunu bildirdi: «Hələlik «yuxarıların» xeyir-duası gözlənilir. Və icazə verilərsə, o zaman ölkə gündəmində bomba partlayışı effekti yarada bilən həbslər həyata keçiriləcək». Geri qayıt |