Əsas Səhifə > Partiya > AMİP LİDERİ LİDERLƏRİN ZİRVƏ TOPLANTISINDA

AMİP LİDERİ LİDERLƏRİN ZİRVƏ TOPLANTISINDA


11-11-2011, 11:19
AMİP LİDERİ LİDERLƏRİN ZİRVƏ TOPLANTISINDA

ETİBAR MƏMMƏDOV BRİTANİYANIN BAŞ NAZİRİ İLƏ GÖRÜŞƏCƏK

AMİP lideri Etibar Məmmədov, AMİP sədri Yusif Bağırzadə və baş katib Arzuxan Əlizadə Beynəlxalq Demokrat İttifaqının (BDİ) Böyük Britaniyada keçirilən (10-11 noyabr) Liderlərin Zirvə Toplantısında iştirak etmək üçün Londona gedib.

Partiyadan verilən xəbərə görə, toplantıda BDİ-yə üzv olan partiyaların liderləri “Qlobal maliyyə riskləri”, “Ərəb inqilabları”, “Böhranlar dövründə ictimai islahatlar” və “XXI əsrdə azadlıq və demokratiyanın gücləndirilməsi” kimi problemlər ətrafında müzakirələr aparılacaq.

Sammitdə AMİP liderinin təşəbbüsü ilə BDİ-nin Xarici Əlaqələr Daimi Komitəsində Qarabağ və Güney Azərbaycan məsələsinə də diqqət yetiriləcək. E.Məmmədovun toplantıda çıxışı gözlənilir. Onun Britaniyanın baş naziri Devid Kemeron, deputatlar, BDİ-yə daxil olan partiya liderləri ilə görüşləri olacaq.

AMİP 1997-ci ildən 70-dək ölkənin 80-dən çox sağ-mərkəzçi partiyasını özündə birləşdirən BDİ-nin üzvü, E.Məmmədov isə bu mötəbər qurumun 2005-ci ildən sədr müavinidir.


Geri qayıt