Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ İCRA BAŞÇISININ ABIYEVLƏR MANİYASI
KEÇMİŞ İCRA BAŞÇISININ ABIYEVLƏR MANİYASI14-11-2012, 15:29 |
![]() DİA.AZ: - Masallının keçmiş icra başçısı Teymur Yəhyayevlə bağlı olduqca ilginc məlumat almışıq. Bildirək ki, uzun müddət hakimiyyət içindəki qovğaların episentrində olan və hazırda Daşkəsən rayonuna rəhbərlik edən, Masallıdan keçmiş deputat Əhəd Abıyevin hədəfində olan Teymur Yəhyayev məhz abıyevlərlə mübarizədən məğlub ayrıldıqdan sonra vəzifəsindən azad edilmişdi. Hətta söylənilir ki, hələ də abıyevlərlə ədavətdə olan sabiq icra başçısı onlara qarşı istənilən bir hərəkətlənmədə iştiraka hazhırdır. Rusiyadakı soydaşlarımızdan birinin DİA.AZ-a söylədiklərindən belə aydın olur ki, hazırda Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Teymur Yəhyayev geniş maddi imkanlara malikdir və yenidən Azərbaycana dönməyə hazırlaşır. Amma məsələ bunda deyil. Həmyerlimiz bildirir ki, Teymur Yəhyayev Moskvada yaşayan inanclı soydaşlarımızdan birinin təsiri altında dinə meyillənir və qısa müddət içində namaz qılmağa başlayır: В«Amma aradan bir həftə keçmir ki, Teymur Yəhyayev namaz qılmağı dayandırır. Bunu eşidən həmin şəxs keçmiş icra başçısından soruşur ki, nədən belə edib. Çünki namaz qalmamaqdan daha getər günah qılıb, yarımçıq qoymaqdır. Bu zaman Teymur Yəhyayev öz alibilərini ortaya qoyurВ». Həmsöhbətimiz bildirir ki, Teymur Yəhyayev abıyevlərlə ədavətindən danışır və sonra əlavə edir: В«Namaz qılanda da В«qul hüvəlləhu-əhəd, Allahu-səməd və s. Deyirsən. Hamısı da abıyevlərin adlarıdır. Namaz qılanda da onların adını xatırlayıb, hirslənirəm. Ona görə də namaz qılmağı dayandırdımВ». Geri qayıt |