Əsas Səhifə > Ölkə, Manşet > AĞCABƏDİDƏ QAÇQINLARIN PULU MƏNİMSƏNİLİR

AĞCABƏDİDƏ QAÇQINLARIN PULU MƏNİMSƏNİLİR


14-11-2012, 11:34
AĞCABƏDİDƏ QAÇQINLARIN PULU MƏNİMSƏNİLİR
YÜZLƏRLƏ MƏCBURİ KÖÇÜKÜN PULU “YEYİLİR”

DİA.AZ: - Qarabağdakı torpaqlarımızdan məcburi şəkildə didərgin düşmüş insanlarımızın başı müsibətdən ayılmır. DİA.AZ-a daxil olan məlumata görə, bir neçə rayonun əhalisinin sığındığı Ağcabədi rayonunda vəziyyət lap dözülməz şəkil alıb.

Belə ki, Ağcabəd rayon Elektrik Şəbəkəsi İdarəsinin rəisi Mətləb Nəcəfov qaçqınlara məxsus olan və dövlət büdcəsindən ayrılan pulları müxtəlif bəhanələrlə mənimsəməyə başlayıb. Məlumatda deyilir ki, hər il dövlət büdcəsindən qaçqın ailələrinə yardım məqsədi ilə dövlət büdcəsindən pullar ayrılır. Ayrılmış pulların bir qisminin təyinatı isə qaçqın ailələrinin istifadə etdiyi elektrik enerjisi xərclərinin ödənilməsidir. Qanuna əsasən qaçqın ailəsinin hər bir üzvünə aylıq 9 manat pul verilməlidir. Bu zaman qaçqın ailəsi həqiqətən də didərgin düşdüyünə dair sənəd gətirməli və ardından da imtiyaza sahib olmalıdır.

Amma Ağcabədidə işlər tamam tərsinədir. DİA.AZ-a danışan Ağcabədi rayonunda yerləşən 552 saylı qəsəbənin sakinləri Yusif Bayramov və Ramiz Mirzəyev bildirirlər ki, Mətləb Nəcəfov onlarla qaçqın ailəsinin haqqını yeməklə məşğuldur. Belə ki, qaçqınlar aylıq 9 manat işıpulunu ödəmək üçün idarə rəisinin yanına kağız gətirsə də, Nəcəfov onları başından rədd eləmək üçün müxtəlif bəhanələr uydurur. Məsələn, o, əvvəlcə illik deyil, pulların aylıq ödənilməsinin zəruri olduğunu bildirir. Birinci ay pulu ödəyən qaçqın ailəsinin üzv ikinci ay gəldikdə Nəcəfov iddia edir ki, o, illik ödəmə etmədiyinə görə, imtiyazdan məhrumdur. Ona görə də, Ağcabədidə məskunlaşmış məcburi köçkün ailələri elektrik enerjisinin sərfinə görə pulu öz ciblərindən ödəmək məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı Ağcabədi rayon Elektrik Şəbəkəsi İdarəsinin rəisi Mətləb Nəcəfəovla əlaqə saxladıq. Lakin məsələnin nədən ibarət olduğunu bilən idarə rəisi əməkdaşımıza ağır tonda acıqlı cavab verdi.

Geri qayıt