Əsas Səhifə > Siyasət, Manşet > “GİLAN” ŞİRKƏTİ PREZİDENT İLHAM ƏLİYEVİ ALDADIB

“GİLAN” ŞİRKƏTİ PREZİDENT İLHAM ƏLİYEVİ ALDADIB


12-11-2012, 12:01
“GİLAN” ŞİRKƏTİ PREZİDENT İLHAM ƏLİYEVİ ALDADIB
ŞİRKƏTİN TİKDİYİ YENİ MƏKTƏB BİNASINDA ŞOK YEYİNTİ: BİNA ÇAT VERDİ

DİA.AZ: - Zaqatala rayonunun Gözbarax kəndində üçmərtəbəli orta məktəbin binasında fundamentdən dama doğru 0,5-1 sm. enində böyük çat əmələ gəlib.

DİA.AZ bildirir ki, çat jurnalistlər və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının birgə monitorinq qrupu tərəfindən aşkar edilib.

Məsələ bundadır ki, 500 şagirdlik məktəb yeni tədris ili üçün “Gilan” inşaat şirkəti tərəfindən tikilib. Məktəbin açılış mərasimində qırmızı lenti prezident İlham Əliyev kəsib.

Məktəb bu ilin mayında baş vermiş 6 ballıq zəlzələdən sonra inşa edilib. Məktəblərin, evlərin və sosial obyektlərin tikintisi maliyyə və maddi mənimsəmələrlə müşayiət olunur.

Zəlzələdən sonra “Kür” qərargahı ölkənin şimal-qərb rayonlarını – Qax, Zaqatala və Balakəni əhatə edən zəlzələ zonasında durumun yaxşı olmaması barədə hakimiyyəti xəbərdar ediblər.

7 minə yaxın obyektə ziyan dəyib. Nəticələrin aradan qaldırılmasına 250 mln. manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitin dəqiq məbləği hökumət tərəfindən gizlədilir. Hakimiyyət payıza qədər 32 məktəbin yenidən qurulmasını, ziyan dəymiş evlərin bərpasını və tikintisini vəd etsə də, çox az iş görülüb.

Hər halda, fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus «Gilan» şirkətinin inşa etdiyi yeni məktəb binasının çat verməsi aşkar surətdə yeyintidən xəbər verir. Yəni dövlətin ayırdığı pullar FHN şefinin şirkəti tərəfindən mənimsənilib. Əgər belə olmasaydı, inşaata dövlətin nəzərdə tutduğu bütün pullar xərclənsəydi, onun çat verməsi qeyri-mümkün idi. Bu faktı həm də Kəmaləddin Heydərovun prezidentə söylədiyi yalan kimi də dəyərləndirmək olar.

Geri qayıt