Əsas Səhifə > Gündəm, Manşet > SƏS-KÜYLÜ ANTİKORRUPSİYA TƏDBİRİ GÖZLƏNİLİR

SƏS-KÜYLÜ ANTİKORRUPSİYA TƏDBİRİ GÖZLƏNİLİR


12-11-2012, 10:36
SƏS-KÜYLÜ ANTİKORRUPSİYA TƏDBİRİ GÖZLƏNİLİR
HAKİMİYYƏT YARANMIŞ GƏRGİNLİYİN ALTINDAN QALXMAĞA HAZIRLAŞIR

DİA.AZ: - Son zamanlar hakimiyyət daxilindəki qruplaşmaların bir-birilərilə münasibətdə müşahidə olunan hədsiz gərginliyin ümumiqtidar maraqlarını aşkar surətdə təhdid etməsi şəkksizdir. Elə bu səbəbdən iqtidar komandasının vəziyyətdən çıxarılması yollarının arandığı haqda DİA.AZ-a məlumatlar daxil olub.

Nazirlər Kabinetindəki bilgili qaynağın redaksiyamıza söylədiklərindən belə məlum olur ki, hakimiyyət daxilində gedən oyunlar istənilən halda sözügedlən cinaha zərbə vurur: «Hətta burada kimin hansı niyyətlə yola çıxması belə önəm daşımır. Fakt odur ki, son olaylar iqtidarın ümumi mövqelərini əməlli-başlı yıpradıb. Bu isə prezident seçkiləri kimi mühüm bir prosesin ərəfəsində istənilən bir siyasi qüvvə üçün ən arzuolunmaz haldır».

Mənbəmizə görə, belə bir arqument iönə sürən bir sıra iqtidar çevrələri «yuxarılara» vəziyyətdən çıxışın yolları ilə bağlı öz təkliflərini ötürüblər: «Həmin iqtidar təəssübkeşləri vəziyyətdən çıxış yolu kimi daha böyük səs-küyü yaradacaq hadisələrə qərar verilməsini təklif edirlər. Maraqlıdır ki, bu zaman antikorrupsiya həbslərinin üzərində daha ciddi dayanılır».

Məlumatlarda bildirilir ki, artıq «yuxarıların» da dəstəklədiyi yeni plana uyğun olaraq dekabr ayının sonlarına yaxın antikorrupsiya tədbirləri çərçivəsində bir neçə səs-küylü həbs həyata keçiriləcək: «Bu zaman hətta ortaranqlı, amma kifayət qədər ictimailəşmiş məmurlardan birinin də qollarının qandallanması nəzərdə tutulur. Və bu yolla da son olayların yaratdığı gərgin atmosferin dağıdılması planlaşdırılır».

Onu da xatırladaq ki, bir neçə müddət əvvəl prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə ilə bağlı daha 3 illik müddət üçün fəaliyyət proqramını təsdiqlədi. Və bu 3 illik müddət dönəminə 2012-ci il də daxil olduğundan, sözügedən proqramm üzərə ciddi hərəkətlənmənin baş verəcəyi əvəldən də proqnozlaşdırılmaqdadır.

Geri qayıt