Əsas Səhifə > Siyasət, Manşet > ƏYALƏT MƏMURUNUN GİZLİ VİDEOÇƏKİLİŞ QORXUSU

ƏYALƏT MƏMURUNUN GİZLİ VİDEOÇƏKİLİŞ QORXUSU


12-11-2012, 10:06
ƏYALƏT MƏMURUNUN GİZLİ VİDEOÇƏKİLİŞ QORXUSU
SƏLİM MÜSLÜMOVUN İŞÇİSİ MASALLIDA ÖZÜNƏ DİNCLİK TAPA BİLMƏYİB

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin açıqladığı gizli videoçəkilişin ardından mandatını itirmək zorunda qalan və barəsində ittihamlar səsələnən Gülər Əhmədova ila yanaşı, indi də onun işçilərinin də rüşavət aldıqları yerdə çəkilişləri peyda olub.

Xatırladaq ki, «Mərkəz» qəzetinin keçmiş redaktoru, hazırda Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi Fərdi Uçotun Təşkili sektorunun müdiri Səbuhi Abbasovun da rüşvət aldığı yerdə görüntüləri qeydə alınıb. Həmin videogörüntülər isə Masallı rayon Ərkivan qəsəbəsi sakinindən işə düzəldilməsi müqabilində rüşvət istənilməsindən bəhs olunur. Düzdür, burada Gülər Əhmədovanın danışdığı 2 milyon dollarlıq məsələ yoxdur. Həcmi kiçikdir. Həmçinin Səbuhi Abbasov keçmiş «patron»u və sabiq deputatdan fərqli olaraq, aldığı pulu işi düzəldə bilmədiyi üçün geri qaytarıb. Və həmin prosesi isə jurnalistlərdən birinin yardımı ilə reallaşdırmaq mümkün olub.

DİA.AZ-ın əlindəki görüntülərdə Səbuhi Abbasov vurğulayır ki, aldığı həmin pulu nazir müavinlərindən birinə çatdırıb və işi də həmin şəxs düzəldir. Və bundan başqa digər maraqlı məqam və mətləblərə də toxunulur.

Xatırladaq ki, Səbuhi Abbasov DSMF Masallı şöbəsinin müdiri, Aşıq Şəmşirin nəfəsi Nahid Şəmşirin dostu və tələbə yoldaşıdır. Elə bu səbəbdən də o, öz dostu və tələbə yoldaşını yanına gətirib.

Onu da qeyd edək ki, həmin videoçəkiliş o qədər də keyfiyyətli olmadığından əməkdaşlarımız tərəfindən yayıma hazırlanır. Amma bu arada sizlərə videosunun yayılacağı xəbərindən əndişə keçirən Səbuhi Abbasovla bağlı xəbər vermək istəyirik.

Mötəbər mənbənin DİA.AZ-a söylədiyinə görə, açıqlanacaq videofaktdan ehtiyatklanan Səbuhi Abbasov artıq bir neçə gündür ki Bakıdadır. Bildirək ki, bəzi qaynaqlar Səbuhi Abbasovun Bakıya heç də könüllü surətdə gəlmədiyini və DSMF rəhbərliyi tərəfindən çağrıldığını iddia edirlər. Amma bunun belə olması barədə dəqiq bilgilərimiz yoxdur.

Məlumatı verən mənbə iddia edir ki, Səbuhi Abbasovla bağlı videoçəkiliş açıqlanarsa və bu dəlillər hüquq-mühafizə orqanlarına təqdim olunarsa, onun nəinki işi ilə, hətta azadlığı ilə vidalaşacağı şəkksizdir: “Çünki bu videofakt konkret dəlil kimi qəbul oluna bilər. Hər halda Elşad Abdullayevlə bağlı yaranmış olay belə bir presedent yaradıb”.

Geri qayıt