Əsas Səhifə > Hadisə > JURNALİST XANIMI VƏ ANASINI ATASI QƏTLƏ YETİRDİ
JURNALİST XANIMI VƏ ANASINI ATASI QƏTLƏ YETİRDİ12-11-2012, 09:49 |
HADİSƏ QISQANCLIQ ZƏMİNİNDƏ BAŞ VERİB Bakının Xəzər rayonunda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə qeydə alınıb. Rayon sakini Mənsim Kərim oğlu Mənsimov həyat yoldaşı Zemfira Mənsimovanı və qızı Sevinci baltalayaraq qətlə yetirib. Hadisəni törədən M. Mənsimov daha sonra intihar edib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Qeyd edək ki, Sevinc Mənsimova “Qafqazinfo.az” saytının müxbiridir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Geri qayıt |