Əsas Səhifə > Gündəm, Manşet > RƏSUL QULİYEVLƏ ABŞ-DA DAHA BİR GİZLİ GÖRÜŞ
RƏSUL QULİYEVLƏ ABŞ-DA DAHA BİR GİZLİ GÖRÜŞ12-11-2012, 09:32 |
KƏMALƏDDİN HEYDƏROVUN ACP İLƏ BAĞLI PLANLARI ÇOX CİDDİDİR DİA.AZ: - Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla keçmiş spiker Rəsul Quliyevin mübhəm əlaqələri barədə sizləri davamlı olaraq məlumatlandırmaqdayıq. Bildirək ki, bu günlərdə hətta FHN şefinin adamının Ankarada Açıq Cəmiyyət Partiyasının lideri ilə görüşməsi xəbəri də yayıldı. Bu səs-küylü xəbərdən sonra məqsədli olaraq Kəmaləddin Heydərovun guya ki, Rəsul Quliyevlə irtibata keçən adamlarını cəzalandırması haqda dezinformasiyalar KİV-lərə ötürüldü. Ardından da FHN şefinin adamlarına məxsus olan və Rəsul Quliyev tərəfindən partiyası üçün kirayələnmiş olan qərargahın satışa çıxarıldığı bəlli oldu. İlk əvvəl 2 milyon, ardından da 3 milyon dollara satışa təqdim olunan qərargahla bağlı əslində tamam fərqli planların olması daha çox sezilən idi. Sanki sahibi qərargahın qiymətini məqsədli olaraq qaldırırdı ki, onu kimsə ala bilməsin. Yəni ona kimsə bu qədər pulu verməsin. Qeyd edək ki, sözügedən cinahdan DİA.AZ-a yeni məlumatlar ötürülüb. Xəbəri verən mənbə iddia edir ki, Noyabr ayının 6-da Orucəli Hacıyev Amerikanın Nyu York şəhərində “CROWNE PLAZA HOTEL”də Açıq Cəmiyyət Partiyasının qərərgahı və partiyaya maddi yardım haqqında Rəsul Quliyevlə görüşmə keçirdilib. Orucəli Hacıyev Kəmaləddin Heydərovun göstərişi ilə bu görüşməni keçirdib. Xatırlayırsınız ki, oktyabr ayının 9-da Kəmaləddin Heydərovun Türkiyədəki adamı, Orucuəli Hacıyevin qaynı, ACP qərərgahının sahibi Azər Əsgərovun Türkiyənin paytaxtı Ankara şəhərində Rəsul Quliyevlə gizli görüşməsi olmuşdu. Görüşmə “Rixos Hotel”in restorantında baş tutmuşdu. Bu görüşmədə Orucəli Hacıyevin Rəsul Quliyevə vərəcəyi maddi yardımı Azər Əsgərov vasitəsi ilə Ankarada çatdırıldığı deyilir. Nə oldu ki, illərdir fəaliyyət göstərən, lakin əvvəllər adı bilinməyən və xalqın tanımadığı ACP Orucəli Hacıyevin verdiyi gərərgahdan sonra, son 6 ayda partiya kimi güclənməyə başladı? Hər halda, bu sual ətrafında düşünməyə dəyər. Pul yardımları və Azərbaycanda FHN kimi bir güclü idarənin ACP-yə dəstək verməsi bu partiyanı gücləndirdiyi açıq-aydın ortadadır. Onu da bildirək ki, bəzi mənbələr Rəsul Quliyev-Kəmaləddin Heydərov işbirliyinin ciddiliyini diqqətə çəkməklə yanaşı ACP-nin FHN şefi üçün gizli planların icrasında istifadə oluna biləcək siyasi ünvan əhəmiyyətini daşıdığını da iddia edirlər. Geri qayıt |