Əsas Səhifə > Cəmiyyət > 11.11.11 ƏRƏBLƏRİ QORXUDUB

11.11.11 ƏRƏBLƏRİ QORXUDUB


11-11-2011, 10:37
11.11.11 ƏRƏBLƏRİ QORXUDUB

YƏHUDİLƏR VƏ MASONLAR ÜÇÜN BU TARİX NƏ DEMƏKDİR?

Misirin hakimiyyət dairələri bu gün Giza vadisindəki Böyük Ehramların hamısını ziyarət üçün qapadıb.

Səbəb "11.11.11" günü həmin ehramlarda ayinlərin keçirilməsinə yol verməməkdir.

Milli.Az xəbər portalı "Əl Misri əl Yəum"a istinadən bildirir ki, 2011-ci ilin noyabrın 11-də, saat 11-də, 11 dəqiqə 11 saniyədə bəzi qrupların ehramların daxilində ayinlər keçirmək istəyi barədə internetdə xəbərlər yayılıb.

Radikal islamçılar bu qrupların "yəhudilər və masonlar" olduqlarını deyiblər.
Bununla bağlı olaraq Misirin Qədimliklər üzrə Ali Şurası və Giza vilayətinin qubernatoru bu gün bütün bayramlaşmaları, habelə ehramlara girişləri yasaqlamaq qərarına gəlib.

Turistlərin girişi üçün ehramlar sabah açılacaq.


Geri qayıt