Əsas Səhifə > Güney Press / Manşet > RUSİYADAKI OLİQARX SAHİBKARLARA NECƏ “DO” GƏLİR

RUSİYADAKI OLİQARX SAHİBKARLARA NECƏ “DO” GƏLİR


8-11-2012, 18:43
RUSİYADAKI OLİQARX SAHİBKARLARA NECƏ “DO” GƏLİR
“AZNAR” QtSC-nin yenidən təşkili haqqında qərarın saxtalaşdırılması

DİA.AZ: - Teymur Əhmədov adına “AZNAR” QtSC-nin İdarə Heyəti noyabrın 7-8-də mətbuatda şirkətin yenidən təşkili faktı üzrə yeni bildiriş yayıb. Bu bildiriş faktla bağlı daha əvvəl dərc edilmiş məlumatlardan açıq-aşkar fərqlənir. DİA.AZ bildirir ki, azlıq təşkil edən səhmdarlar aksiyaların 99,9%-nin sahibi, əslən azərbaycanlı olan Fərhad Əhmədovun bu açıq-aşkar saxtakarlığa qəbul edilmiş qərarın “qanunla müəyyən edilmiş çərçivələrə sığmaması” səbəbindən əl atdığını iddia edirlər.

Səhmdar Şahin Əlizadə Turan-a bildirib ki, o, faktla bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb və ondan Azərbaycan investorlarının maraqlarını kiçik səhmdarların mövcudluğu ilə heç bir şəkildə barışmayan Rusiya milyarderinin qanunsuz əməllərindən qorumağı xahiş edib.

Əlizadənin sözlərinə görə, bir müddət əvvəl bildirildiyi kimi, ümumi yığıncaqda yeni yaradılmış, 30 min manat nizamnamə kapitalı olan “AzNarŞərab” ASC-nin “AZNAR” QtSC-dən ayrılması haqqında qərar qəbul edilib. Yeni hüquqi şəxsdə yenə də 53,7% payla Fərhad Əhmədov üstünlük təşkil edir. Qərara əsasən, o, təxminən 30 mln. manat nizamnamə kapitalı olan T.Əhmədov adına “AZNAR” QtSC-nin yeganə sahibkarı olaraq qalır. “Mətbuatda səs-küyə səbəb olan ifşaedici məqalələrdən sonra, həmçinin qərarın Azərbaycan qanunvericiliyinə zidd olduğunu anlayan Fərhad Əhmədov başqa yolla getməyi qərara alıb. Bu dəfə “AZNAR” QtSC-nin “AzNarŞərab” ASC-yə çevrildiyi elan edilib. QtSC-dən eyni adlı QtSC ayrılır (?!)”.

Səhmdarlar Teymur Əhmədov adına “AZNAR” QtSC səhmdarlarının ümumi yığıncağının saxtalaşdırıldığını hesab etdikləri protokolundan şikayət verməyə hazırlaşırlar.

Geri qayıt