Əsas Səhifə > Dünya > TÜRKLƏR ARTIQ İSRAİLƏ UÇMUR

TÜRKLƏR ARTIQ İSRAİLƏ UÇMUR


13-09-2011, 17:48
TÜRKLƏR ARTIQ İSRAİLƏ UÇMUR
TÜRKİYƏ AVİAŞİRKƏTLƏRİ TEL-ƏVİVƏ BÜTÜN ÇARTER REYSLƏRİ LƏĞV EDİR

Türkiyə aviaşirkətləri sərnişin çatışmazlığı üzündən Tel-Əvivə bütün çarter reysləri ləğv edir. ANS PRESS İsrailin "Qaarets" qəzetinə istinadən bildirir ki, Tel-Əvivə son təyyarələr sentyabrın 14-dən 18-ə kimi uçacaq. Çarter reyslərinin iqtisadi səbəblər üzündən ləğv edildiyi bildirilir.

Qeyd edək ki, sərnişinlərin sayı Türkiyənin İsraillə diplomatik münasibətləri və hərbi əməkdaşlığı məhdudlaşdırmasından sonra azalıb.

Geri qayıt