Əsas Səhifə > Güney Press > QHT ALYANSININ MƏRKƏZİ İCRA ORQANLARI FORMALAŞDI
QHT ALYANSININ MƏRKƏZİ İCRA ORQANLARI FORMALAŞDI8-11-2012, 12:29 |
![]() İdarə Heyəti və Katibliyin Reqlamentlərinin qəbul olunduğu iclasda Baş katib və katiblər seçildi, Seçki Monitorinq Qrupunun tərkibi təsdiq edildi DİA.AZ: - QHT Əməkdaşlıq Alyansının İdarə Heyətinin ilk iclası keçirilib. Alyansın həmsədri Rufiz Qonaqovun sədrliyi keçirilən iclasada Alyansın İdarə Heyətinin və Katibliyin Reqlamentlərinin qəbulu, Seçki Monitorinq Qrupunun üzvlərinin təsdiqi və təşkilati məsələlərə baxılıb. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, İdarə Heyətinin Reqlamenti ilə bağlı Alyansın həmsədri Rəfail Becanov çıxış edib. O, Reqlamentin İdarə Heyətinin üzvlərinə paylandığını bildirib:“Ona görə də təklif edirəm ki, Reqlament bənd-bənd oxunsun və müzakirə edilsin”. Reqlament bənd-bənd oxunduqdan sonra bütün təkliflər nəzərə alınaraq, qəbul edilib. Katibliyin reqlamentini Alyansın həmsədri Yadigar Məmmədli təqdim edib. Katibliyin reqlamenti də bənd-bənd müzakirə edilərək qəbul edilib. Daha sonra təşkilatı məsələlərə baxılıb. Alyans həmsədrlərinin təklifi ilə Alyansın baş katibi vəzifəsinə İdarə Heyətinin üzvü Xanoğlan Əhmədovun namizədliyi irəli sürülüb. Xanoğlan Əhmədovun namizədliyi yekdilliklə qəbul olunub və o, Alyansın Baş katibi vəzifəsinə təsdiq olunub. Nizamnaməyə və Katibliyin Reqlamentinə əsasən baş katib Alyansın katiblərinin təyin olunması ilə bağlı İdarə Heyətinə təqdimat verib. Baş katibin təqdimatına əsasən, Nailə İsmayılova beynəlxalq əlaqələr üzrə üzrə, Mütəllim Rəhimli insan hüquqları və demokratiya məsələləri üzrə, Mahirə Əmirhüseynova ictimai əlaqələrlə iş üzrə, Əşrəf Əhmədov isə sosial şəbəkələr üzrə katib vəzifəsinə təsdiq ediliblər. Daha sonra 2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması ilə bağlı QHT Əməkdaşlıq Alyansının Seçki Monitorinq Qrupunun üzvləri təsdiq olunub. Xanoğlan Əhmədov, Nailə İsmayılova, Mütəllim Rəhimli, Əşrəf Əhmədov, Mahirə Əmirhüseynova, İradə Yaqubova, Ruhəngiz Hüseynova, Əsli Əliyeva, Nərgiz Nağıyeva, Dünyaxanım Əliyeva, Gülsel Səfərova, Vasib Sadıqov, Gülnarə Bağırova, Çingiz Dadaşov, Firuzə Əsədullayeva, Səbinə Abbasova, Afaq Fərzəlibəyova, Qurbanəli Yusifov, Rəsmiyyə Vahidova, Rəhilə Mehdiyeva, Məzahir Aşirov, Ruslan Bəşirli, Əhməd Abbasbəyli, Səbinə Kərimova Monitorinq Qrupunun üzvü seçilib. Monitorinq Qrupunun tərkibinə 24 nəfər daxil edilib. İdarə Heyətinin iclasından sonra Alyansın həmsədrləri Rəfail Becanov, Rufiz Qonaqov və Yadigar Məmmədlinin iştirakı ilə katibliyin iclası keçirilib. İclasda Baş katib Xanoğlan Əhmədov təsdiq olunmuş Reqlamentə uyğun olaraq, katibliyin fəaliyyəti haqqında çıxış edib. Daha sonra Baş katibin təklifi ilə mətbuat katibinin səlahiyyətlərinin müvəqqəti icrası Qurbanəli Yusifova tapşırılıb. Katibliyin iclasında iştirak edən Alyansın həmsədrləri şıxış edərək bildiriblər ki, katiblik Alyansın gündəlik fəaliyyətini həyata keçirir və buna görə də katiblərin üzərinə böyük məsuliyyət düşür. Katiblər gündəlik fəaliyyəti əlaqələndirməli, Alyansın qəbul etdiyi qərarların icrasını həyata keçirməlidir. Bu həm də gündəlik fəaliyyətlə yanaşı, təşəbbüslərin öyrənilməsi və belə təşəbbüslər olarsa, onların Alyans rəhbrərliyinə çatdırılmasını da təşkil etməkdir. Geri qayıt |