Əsas Səhifə > Siyasət, Manşet > OLİQARXLARIN TƏŞKİLATININ FƏALİYYƏTİ BİTİR

OLİQARXLARIN TƏŞKİLATININ FƏALİYYƏTİ BİTİR


8-11-2012, 12:22
OLİQARXLARIN TƏŞKİLATININ FƏALİYYƏTİ BİTİR
RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİ YENİ MƏCRADA QURACAQ

DİA.AZ: - Bir müddət əvvəl yaranışı ilə Azərbaycan içində böyük rezonans yaratmaqla yanaşı, Rusiya-Azərbaycan münasibətlərində də şok silkələnmələrə nədən olan Rusiya Azərbaycan Təşkilatları İttifaqı tam olaraq fəaliyyətini dayandıra bilər. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr ötürüb.

Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakının basqıları fonunda təşkilatın rəhbəri kimi təqdim olunan Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, «AST» Şirkətlər Qrupunun vitse-prezidenti Abbas Abbasov qurumun fəaliyyətinin dondurulduğunu elan etsə də, sonradan RATİ adından Moskvada ermənilərlə görüş təşkil olundu ki, bununla da qurumun yox, Abbas Abbasovun öz fəaliyyətini dondurduğu məlum oldu.

Daha sonra məlumat verildi ki, məsələlərə Abbas Abbasovun prezident İlham Əliyevlə görüşündən sonra aydınlıq gətirələcək. Lakin belə bir görüş də baş tutmadı. Hətta Abbas Abbasovu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də qəbul etmədiyi aydın oldu.

Bunun ardından isə rəsmi mətbuat RATİ-ni hədəfə aldı və hətta bu qurumun əleyhinə danışan rəsmilər RATİ_də prezidentin qudası Araz Ağalarovun da təmsil olunmasını nəzərə almadılar və iş o həddə çatdı ki, Araz Ağalarovun özü də hücum hədəfinə çevrildi.

DİA.AZ-a daxil olan son məlumatlarda isə bildirilir ki, artıq oliqarxların təşkilatının tam olaraq fəaliyyətini dayandırması barədə qərar verilib: «Hələlik qərar qətiləşməsə də, RATİ-nin fəaliyyətinin dayandırılacağı ilə bağlı şübhələr olduqca azdır. Çünki bu işdə sifarişin Kremldən gəldiyi məlum olur. Artıq rəsmi Bakı ilə müzakirələr aparan Rusiya hakimiyyəti RATİ ilə bağlı planlarından vaz keçməli olub».

Geri qayıt