Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVA ƏTRAFINDA DAHA BİR VİDEOQALMAQAL

GÜLƏR ƏHMƏDOVA ƏTRAFINDA DAHA BİR VİDEOQALMAQAL


8-11-2012, 09:07
GÜLƏR ƏHMƏDOVA ƏTRAFINDA DAHA BİR VİDEOQALMAQAL
KEÇMİŞ İŞÇİSİ İŞƏ DÜZƏLTMƏK ADI İLƏ RÜŞVƏT ALARKƏN YAXALANIB

DİA,AZ: - Keçmiş deputat Gülər Əhmədovan rüşvət qalmaqalında iştirakına dair videogörüntüləri ortaya çıxdıqdan sonra mandatını itirdi. Bunun ardından onun həbsi üçün hazırlıqların görüldüyünə dair məlumatlar yayılsa da, hələlik bunun nə dərəcədə real olduğu məlum deyil. Amma maraqlı məqam odur ki, Gülər Əhmədovanın işçilərinin də rüşavət aldıqları yerdə çəkilişləri peyda olub.

DİA.AZ xəbər verir ki, «Mərkəz» qəzetinin keçmiş redaktoru, hazırda Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi Fərdi Uçotun Təşkili sektorunun müdiri Səbuhi Abbasovun da rüşvət aldığı yerdə görüntüləri qeydə alınıb. Həmin videogörüntülər isə Masallı rayon Ərkivan qəsəbəsi sakinindən işə düzəldilməsi müqabilində rüşvət istənilməsindən bəhs olunur. Düzdür, burada Gülər Əhmədovanın danışdığı 2 milyon dollarlıq məsələ yoxdur. Həcmi kiçikdir. Həmçinin Səbuhi Abbasov keçmiş «patron»u və sabiq deputatdan fərqli olaraq, aldığı pulu işi düzəldə bilmədiyi üçün geri qaytarıb. Və həmin prosesi isə jurnalistlərdən birinin yardımı ilə reallaşdırmaq mümkün olub.

DİA.AZ-ın əlindəki görüntülərdə Səbuhi Abbasov vurğulayır ki, aldığı həmin pulu nazir müavinlərindən birinə çatdırıb və işi də həmin şəxs düzəldir. Və bundan başqa digər maraqlı məqam və mətləblərə də toxunulur.

Görünür, «Gülər Əhmədova Məktəbi»ndə ancaq işə düzəltmək və deputat seçdirmək kimi dərslər keçirilib. Yoxsa, onun işçilərinin adı hər dəfə özü kimi, müxtəlif məsələlərdə halanmazdı.

Xatırladaq ki, Səbuhi Abbasov DSMF Masallı şöbəsinin müdiri, Aşıq Şəmşirin nəfəsi Nahid Şəmşirin dostu və tələbə yoldaşıdır. Elə bu səbəbdən də o, öz dostu və tələbə yoldaşını yanına gətirib. Yaxın günlərdə isə DİA.AZ olaraq məlum videogörüntüləri oxuculara təqdim edəcəyik.

Geri qayıt