Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEV BİABIRÇI İŞƏ GİRİŞİB

RÖVNƏQ ABDULLAYEV BİABIRÇI İŞƏ GİRİŞİB


7-11-2012, 16:01
RÖVNƏQ ABDULLAYEV BİABIRÇI İŞƏ GİRİŞİB
В«MOLLA NƏSRƏDDİNВ» JURNALININ BİNASI OTELƏ ÇEVRİLİR

DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Gürcüstana sərmayə qoyuluşu zamanı daha çox özünün biznes maraqlarını düşünməsi və bu səbəbdən də yeni gürcü hökuməti ilə ARDNŞ arasında ciddi problemlərin yaranması bir faktdır. Artıq bu barədə məlumatlar vermişik.

Onu da xatırladaq ki, Rövnəq Abdullayevin Gürcüstandakı biznesini yönəldən əsas şəxs - В«Socar GeorgiaВ»nın vitse-prezidenti Mahir Məmmədov artıq Bakıdadır və onun barəsində Gürcüstanda cinayət işi qaldırılıb. Məlumatlarda deyilir ki, gürcü vergi polisi В«Socaz GeorgiaВ» şirkətini 13 milyon ABŞ dolları həcmində vəsaiti vergidən yayındırmaqda ittiham edir və bundan əlavə, şirkət tərəfindən ayrı-ayrı obyektlərin alınması prosesində də qanunsuzluqlar baş verib.

DİA.AZ-a daxil olan bir başqa məlumatda isə bildirilir ki, guya məşhur В«Molla NəsrəddinВ» jurnalının irsinə hörmət olaraq bu jurnalın yerləşdiyi Tiflisdəki tarixi binanı satın alan В«Socar GeorgiaВ» binadan deyəsən fərqli məqsədlər üçün istifadə etməyi düşünür.

Bu barədə məlumatı verən Tiflisdəki soydaşlarımızdan biri bildirdi ki, satın alınan binanın bərpa olunaraq bir tarixi abidə kimi saxlanılması vəd olunsa da, В«Socar GeorgiaВ» binanı otelə çevirməyi düşünür: В«Artıq binanın ətrafında əlavə tikililər inşa olunur və fəhlələr də bildirir ki, binanı otelə çevirmək barədə tapşırıq alıblarВ».

Geri qayıt