Əsas Səhifə > Siyasət, Manşet > DƏHŞƏT: MİSİR MƏRDANOV NECƏ ŞAGİRD YETİŞDİRİR?

DƏHŞƏT: MİSİR MƏRDANOV NECƏ ŞAGİRD YETİŞDİRİR?


7-11-2012, 09:37
DƏHŞƏT: MİSİR MƏRDANOV NECƏ ŞAGİRD YETİŞDİRİR?
1-Cİ SİNİF DƏRSLİYİNDƏ TƏQDİM OLUNAN ŞEİRİ QƏZETLƏR DƏRC ETMƏYİB

DİA.AZ: - Bəli, yenə də aktual olanı Misir Mərdanovun Azərbaycanda təhsilin anasını necə ağlatmasıdır. Hər zaman bir sual əksəriyyəti düşündürüb ki, nədən son illərdə ali məktəblərə qəbul imtahanlarında keçid balı hər dəfəsində aşağı salınır? Əslində, bunu müəyyən etmək çox asan imiş. Hər halda, Misir Mərdanovun orta məktəblərə məsləhət gördüyü, şagirdlərə «dərslik» kimi sırıdığı kitabları vərəqləmək yetər ki, məsələnin nə yerdə olduğunu ayırd edə biləsən.

Bəli, bu gün şagirdlərə verilən «dərslik»lərin səviyyəsi, əslində səviyyəsizliyi elə hər şeyi aydın etməkdədir. Elə birinci siniflər üçün nəzərdə tutulan dərs vəsaitlərindən başlamaq daha doğru olar. Yəni elə maraqlı olanı da odur ki, Misir Mərdanovun körpə balalarımızın elm təməlini necə atdığını öyrənəsən.

DİA.AZ olaraq apardığımız araşdırmalar zamanı olduqca ilginc bir fakta da rastladıq. Bildirək ki, bu gün 1-ci siniflərə Misir Mərdanovun məktəblərində iş dəftərləri ilə birgə 30-a yaxın dərslik satılır. Və ən ucuzunun qiyməti 4 manat, ən bahası isə 10 manata olan bu dərsliklərin alınması üçün valideynin ən yaxşı halda 200 manata yaxın pulu çıxır. Yəni burada da stabil qiymətlər yoxdur və hansı məktəb necə istədi, o qiymətə də kitabı satır.

Əslində kitabı satan təhsil nazirliyidir. Sadəcə olaraq ortai məktəblər burada kitab dükanı funksiyasını həyata keçirirlər və şagirdə satılan kitabın üstünə kimin nə qədər pul qoyması da orta məktəb direktorlarının, ibtidai sinif müəllimlərinin insafına qalan bir işdir.

Bu, məsələnin maddi tərəfi. Əslində elə əsas olanı da maddi tərəfidir. Çünki maddiyyata aludəçilik bu gün Misir Mərdanovun gözünü elə örtüb ki, bir ayın içində oxşar məzmunlu, eyni profili bir neçə kitabı dərs vəsaiti kimi 1-ci sinif şagirdlərinə təqdimata təsdiqləyib. Yəni təsəvvür edin, bir fənn üzrə birinci sinif şagirdlərinə 4 çeşiddə - ayrı-ayrı müəlliflərin kitabları təqdim olunur. Əslində bu normal deyil və hətta normal olduğu təqdirdə belə, şagirdlər həmin kitabların yalnız birini almalıdırlar. Amma Misir Mərdanovun bazar şərtləri elə tələb edir ki, məzmun və profilcə bir-birinin təkrarı olan kitabların hamısını şagirdlərə satdırılır. Amma yekunda müəllimlər onlardan yalnız birindən dərs vəsaiti kimi istifadə edir, digərləri isə guya ki, evdə təhsil zamanı istifadə olunur.

Nə isə, möhtərəm Misir Mərdanovun xətti-xalına, gül-camalına bu kitab məsələsindəki çoxçeşidlilik problemini bir kənara atırıq. Bəs, bu «kitab» kimi sırınan vəsaitlərin içindəkilərə nə deyirsiniz, möhtərəm nazir?! Sizin xəbəriniz varmı ki, 1-ci sinif şagirdlərinə satılan «Ana dili» adlı qiymətləndirmə vəsaitində təqdim olunan şeirlərin birində təxminən bu cümlələr işlənib: «Mənim anam maşın sürür - Uşaqlar elə bilir annam sürücüdür - Amma uşaqlar bilmir anam kimdir - Mənim anam həkimdir».

Hə, Misir müəllim, nə deyirsiniz bu şeirə? Yəni bu gün uşaqlarımızın bu şeiri öyrənməsilə SİZLƏR hansı ideyanın, hansı təfəkkürün təməlini atmaq istəyirsiniz? Lütfən izahat verin….

Onu da bildirək ki, araşdırmalarımız zamanı həmin şeirin bir zamanlar reket mətbuata aid qəzetlərin birinə təqdim olunduğu, amma həmin reket qəzetdə belə bu şeirin getmədiyini öyrənə bildik. Yəni görün, dünyanın harasıdır ki, Misir Mərdanov səviyyəcə aşağı hesab olunan reket mətbuatın dərcinə rəva bilmədiyi şeiri bu gün dərsliklərə salır…

Geri qayıt