Əsas Səhifə > Siyasət, Manşet > SÖYÜN SADIQOVDAN DAHA BİR XƏYANƏT
SÖYÜN SADIQOVDAN DAHA BİR XƏYANƏT6-11-2012, 12:21 |
BAKIDA QARABAĞI TƏSLİM ETMƏ DANIŞIQLARI BAŞLADI Yeni yaradılmış Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) Koordinasiya Şurasının üzvü, Azərbaycan Milli-Mədəni Muxtariyyəti - “AzerRos”un prezidenti Söyün Sadıqovun iki emissarı Azərbaycandadır. Lent.az-ın verdiyi məlumata görə, onlar burada əsasən Qarabağ əsilli tanınmış şəxslərlə görüşlərə başlayıblar. Mənbənin dediyinə görə, Azərbaycana gələn şəxslərdən biri Sadıqovun yaxın qohumudur. Digər şəxs isə milliyətcə qeyri-azərbaycanlıdır. Onların əlində konkret siyahı var və artıq neçə gündür ki, siyahıdakı adamlarla görüşməyə çalışırlar. Həmin söhbətlərin başlıca mövzusu isə yeni yaradılmış RATİ və onun gələcək perspektivləri, Azərbaycanın daxili siyasətində oynayacaq rol, ən əsası da Rusiyanın Qarabağ məsələsində vasitəçiliyinin faydalı ola biləcəyi, sülhə hazırlıq və s. barədədir. Əldə etdiyimiz məlumatda o da bildirilirdi ki, “qonaqlar” tanınmış qarabağlılardan biri, Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli ilə də görüşüblər. Seyid Camal Əzimbəyli faktı təsdiq edərək bildirib ki, həmin şəxslər bir neçə gün əvvəl onu Bakının dəbdəbəli restoranlarının birinə dəvət ediblər: “Onlar RATİ-nin gələcəkdə Azərbaycan siyasətində oynayacağı roldan danışırdılar, Qarabağ məsələsinin həllində Rusiya faktorunu qabardırdılar və biz qarabağlıların bu məsələdə oynaya biləcəyi rola işarə vururdular. Mən mövqeyimi izah etdim ki, hər nə olursa-olsun, Azərbaycan dövlətinin maraqları mənimçün başlıca məsələdir və mən dövlətimin əleyhinə olan heç bir söhbətdə iştirak etməyəcəm. Buna görə də heç çörək belə kəsmədən həmin şəxslərdən ayrıldım”. Geri qayıt |