Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOVA QARŞI 100 MİLYONLUQ İTTİHAM
KƏRƏM HƏSƏNOVA QARŞI 100 MİLYONLUQ İTTİHAM6-11-2012, 10:12 |
KOMİTƏ SƏDRİ ÖZƏLLƏŞDİRMƏ ZAMANI BÖYÜK HƏCMDƏ YEYİNTİYƏ YOL VERİB DİA.AZ: - Redaksiyamıza Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun və ƏMDK-nin daha bir neçə yüksək vəzifəli məmurunun adı keçən böyük bir korrupsiya faktı ilə bağlı olduqca ilginc məlumatlar daxil olub. Bəri başdan bildiririk ki, DİA.AZ-a ötürülən sənədlərdə ayrı-ayrı dövlət obyektlərinin özəlləşdirilməsi prosesi zamanı ƏMDK rəhbərliyinin mənimsədiyi milyonlarla manat vəsaitdən söhbət gedir. Həmin faktlar üzrə əməkdaşlarımız tərəfindən böyük bir material hazırlanır və yaxın vaxtlarda araşdırmamızı diqqətinizə çatdıracağıq. Məlumatı verən mənbə bildirdi ki, təxminən 100 milyon manata yaxın vəsaitin mənimsənilməsini sübuta yetirən faktlar dövlətin müvafiq qurumlarına da göndərilib: «Əslində bu faktların birinin araşdırılması yetərli olar ki, Kərəm Həsənov da eynilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev kimi həbsə atılsın. Doğrudur, Fərhad Əliyev sonradan iqtisadi cinayətkarlığa görə mühakimə olunsa da, sırf olaraq siyasi qərarla həbs olunmuşdu. Yəni Azərbaycanda hansısa iri ranqlı məmurun iqtisadi cinayətlərinə görə mühakimə olunması ənənəsi mövcud deyil. Odur ki, Kərəm Həsənovun 100 milyon manatlıq yeyinti səbəbindən məhkəmə qarşısına çıxarılması üçün də siyasi qərarın verilməsi zərurəti var». Mənbəmiz onu da bildirdi ki, son zamanlar hakimiyyət içində müşahidə olunan yeniləşmələr Kərəm Həsənov üçün də arzuolunmaz istiqamətə yön almaqdadır: «Bu isə o deməkdir ki, seçkilərə qədər komitə sədri ən azından vəzifəsindən alına bilər. Çünki bunun üçün yetərincə əsaslar var». Geri qayıt |