Əsas Səhifə > Gündəm, Manşet > DAXİLİ QOŞUNLARIN ƏSGƏRLƏRİ İLƏ BAĞLI MÜƏMMA

DAXİLİ QOŞUNLARIN ƏSGƏRLƏRİ İLƏ BAĞLI MÜƏMMA


6-11-2012, 09:01
DAXİLİ QOŞUNLARIN ƏSGƏRLƏRİ İLƏ BAĞLI MÜƏMMA
ONLAR ANDİÇMƏ MƏRASİMİNƏ BURAXILMAYACAQ, DURUMLARI İSƏ AĞIRDIR

DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Daxili Qoşunların N saylı hərbi hissəsində yenicə olaraq (1 noyabr tarixindən etibarən -red.) qulluğa başlamış əsgər Tacir Quliyevin ayağında ciddi yaranın əmələ gəlməsinə baxmayaraq, hərbi hissə rəhbərliyi tərəfindən onun müalicə olunması üçün heç bir şərait yaradılmır. Məlumatımızda bildirmişdik ki, komandirlər əsgərin müalicə olunmasına şərait yaratmamalarına absurd izahat da verib: «Dəfələrlə hərbi hissə rəhbərliyinə müraciət olunub. Amma komandirlər bəhanə gətirirlər və bildirirlər ki, hələ əsgərin andiçmə mərasimi olmadığından onun «sançast»a köçürülməsi mümkün deyil».

Bu gün isə DİA.AZ-a sözügedən hərbi hissə il əvə həmin yaralı əsgərin durumu ilə bağlı yeni məlumatlar daxil olub. Mötəbər mənbənin bildirdiyinə görə, əslində təkcə yaralı olan, müalicəyə ehtiyacı olan Tacir Quliyev deyil və onunla bərabər daha 11 əsgərin ayağında pişməcələrdən yara əmələ gəlib ki, onlar təcili olaraq müalicəyə alınmalıdırlar.

Bu barədə məlumatı verən mənbə bildirir: «Doğrudur, həmin əsgərlər təlimlərə cəlb olunmur, amma istənilən halda onların yaraları həkim müdaxiləsi olmaması səbəbindən günü-gündən ağırlaşır».

Ən maraqlısı isə odur ki, əsgərlərə and içməmələri səbəbindən müalicə edilə bilmədikləri söylənilsə də, bu gün onların andiçmə mərasimlərinə qatılmaları da imkansızdır: «Elə hərbi hissə rəhbərliyi bildirib ki, onların heç biri andiçmə mərasiminə qatılmayacaq». O zaman belə çıxır ki, əsgərlər həm də heç bir zaman müalicə olunmayacaqlar? Çünki komandirlər əz əvvəl də andiçmə mərasimindən sonra əsgərlərin «sançast»a köçürülə biləcəyini vəd etmişdilər.

Hər halda, anlaşılmaz bir situasiyadır və əlaqədar qurumların olayla bağlı mövqeyini öyrənib diqqətinizə çatdırmağa çalışacağıq…

Geri qayıt