Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOVUN ADAMININ “QIZIL BALIĞ”I VAR

MİSİR MƏRDANOVUN ADAMININ “QIZIL BALIĞ”I VAR


5-11-2012, 14:58
MİSİR MƏRDANOVUN ADAMININ “QIZIL BALIĞ”I VAR
İLHAM MUSTAFAYEV TƏHSİL İŞÇİLƏRİNƏ HANSI ÖHDƏLİYİ QOYUB?

DİA.AZ: - Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Musatafayev barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatlarda İlham Mustafayevin bu vaxta qədər hər hansı bir korrupsiya əməliyyatlarında adının çəkilməməsinin sirləri qeyd edilir. Əslinə kölgəyə çəkilən şöbə müdiri sən demə "saman altından su yeridirmiş" prnsipi ilə qaz vurub qazan doldururmuş.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, İlham Mustafayevin indiyə qədər ölkə mətbuatında korrupsioner məmur imicinin formalaşmaması istiqamətində apardığı "islahatlar" öz bəhrəsin verib. Şöbə müdiri qəzet redaktorunun biri ilə onun əməlləri barəsində yazılan hər bir informasiyanı dərhal mətuatda boğa bilib. Bu anlaşma nəticəsində isə qəzet redaktorunun vəsitəsilə mətbu orqana pul mükafatı verilib. Elə bu səbəbdən də İlham Mustafayev nazirliklə yanaşı ictimaiyyət arasında da ən "təmiz insan" statusunu alıb.

Məlumata görə, İlham Mustafayevin Badamdarda dəbdəbəli şəxsi obyekti olan "Qızıl Balıq" restoranın daimi müştəriləri kollec və məktəb direktorlarından ibarətdir. Şöbə müdirinin tapşırığı ilə kollec və məktəb direktorları övladlarının xeyir və ad günü mərasimlərini məcburən sözü gedən restoranda qeyd etmələrinə təhrik olunublar. Əks halda isə direktorlar İlham Mustafayevin qəzəbinə gəlirlər. Bundan əlavə İlham Mustafayev nazirliyin monitorinq və qiymətləndirmə şöbəsinə də rəhbərlik edir. Ara-sıra ali və orta məktəblərdə manitorinq aparan şöbə müdiri direktorları gözüm çıxdıya salır. Səbəb isə onlardan pul qoparmaqdır. Bundan ehtiyyat edən direktorlar İlham Mustafayevin "qara siyahısına" düşməmək üçün onun çaldığı hava ilə oynamağa məcbur qalırlar.

Daxil olan məlumatlarda İlham Mustafayevin dəhşətli korrupsiya maxinasiyalarından bəhs edilir. Sadəcə bu yöndə araşdırmalarımız davam etdiyindən bunları hal hazırda dərc etmirik. Növbəti yazılarımızda İlham Mustafayevin əməlləri barədə oxuculara geniş yazı təqdim edəcəyik. Eyni zamanda məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt