Əsas Səhifə > Cəmiyyət > HAFKANIN PULU QURTARIB?

HAFKANIN PULU QURTARIB?


5-11-2012, 12:06
HAFKANIN PULU QURTARIB?
“BAKI”DA NEÇƏ MÜDDƏTDİR Kİ, MAAŞLAR VERİLMİR

Maliyyə vəziyyətinə görə Azərbaycanda 2-3 klubdan biri olan "Bakı"da böhran davam etməkdədir. Belə ki, "Bakı" özündən qat-qat zəif olan komandalarla oyunlarda nəticə əldə edə bilmir. Komanda meydana çıxdığı 10 oyundan yalnız birində qələbə qazanıb, iki oyunda məğlub olub, 7 oyunda isə heç-heçə edib. Və nəticədə 10 xalla komanda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Düzdür "Bakı"nın "Neftçi" və "Xəzər Lənkəran"la təxirə salınmış oyunları var. Bununla belə "Bakı"nın indiki durumu komandanın bu iki oyunda sərfəli nəticə qazanacağı ehtimalını azaldır. .

"Bakı"nın cari mövsümdə uğursuzluğunun səbəbləri kimi tez-tez baş məşqçi dəyişikliyi göstərilsədə, mediayaya sızan məlumatlar onu göstərir ki, komanda da ab-hava da yaxşı deyil. Xüsusu ilə də "Bakı"-"İnter" oyunundan sonra müdafiəçi Karqbonun qapıçı Nuredinoski barədə açıqlamaları qaranlıq məqamlardan xəbər verir. Karqbo Nuredinoskinin ona ağır söyüşlər söydüyünü bildirmiş və bu səbəbdən də hətta komandadan gedə biləcəyinə işarə etmişdi. Bununla belə Karqbonun klub prezidenti Hafiz Məmmədova müraciət edib görüşmək istəməsi komandada vəziyyətin kritik həddə çatdığını göstərir.

Bu arada "Bakı"da çalışan işçilərin Avrofutbol.com-a verdiyi məlumata görə, komanda uğursuz nəticələr göstərdiyindən onların maaşı verilmir. Həmçinin "Bakı" rəhbərliyi futbolçulara da pul vermir. Bu üzdən də komandanın əcnəbi futbolçuları narazılıq edirlər. Və Karqbonun qapıçı ilə aralarında problemi bəhanə edərək, Hafiz Məmmədova müraciət etməsinə bu səbəb olub. Əldə etdiyimiz məlumata görə, Nuredinoski Karqbonu oyun zamanı ümumiyyətlə söyməyib. Karqbonun əsl məqsədi isə klub rəhbərliyindən Hafiz Məmmədova şikayət edib, maaşını almaq istəməsidir.

Bizə çatan məlumatlara görə, “Bakı”nın son oyunlarda zəif oynamasının səbəbi futbolçulara pul verilməməsi ilə yanaşı klubun baş meneceri Zeynal Məmmədovla əcnəbi futbolçular arasında ziddiyyətin yaranmasıdır. Zeynal Məmmədov çempionatda yaranan qış fasiləsində klubdan Karqbo başda olmaqla bir çox legionerləri qovmaq istəyir. Və əsas komandaya əvəzedicilərdən bir neçə futbolçu gətirmək istəyir. Həmçinin də qış fasiləsində komanda yeni səviyyəli baş məşqçi gətirilməsi yönündə də axtarışlar aparılır.

Artıq “Bakı” rəhbərliyinin əcnəbi futbolçulara çox pul xərcləmək taktikasından imtina edib, “İnter”in tətbiq etdiyi sistemə keçmək niyyətində olduğu bildirilir.

Geri qayıt