Əsas Səhifə > Gündəm, Manşet > FHN ŞEFİ RƏSUL QULİYEVLƏ BAĞLARI QIRMAYIB
FHN ŞEFİ RƏSUL QULİYEVLƏ BAĞLARI QIRMAYIB5-11-2012, 08:53 |
KƏMALƏDDİN HEYDƏROVUN KİMLƏRİSƏ CƏZALANDIRMASI XƏBƏRİ YALANDIR DİA.AZ: - Hazırda ABŞ-da siyasi mühacir həyatı yaşayan keçmiş spiker Rəsul Quliyevin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla mübhəm əlaqələrindən yazmışdıq və bildirmişdik ki, hətta bu gün Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının Bakıdakı qərargahı da Kəmaləddin Heydərovun yaxınlarına aiddir. Lakin sonradan bu istiqamətdə vəziyyəti dolaşdıran xeyli sayda dezinformasiyalar dövriyyəyə buraxılmağa başlanıldı. İddia olundu ki, Türkiyədə Rəsul Quliyevlə gizli görüş keçirən Kəmaləddin Heydərovun məxfi adamı (hansı ki, ACP-nin ofisi də onlara aiddir -red.) sonradan bu səbəblə bağlı cəzalandırılıb. Belə ki, Orucəli Hacıyevin qayınlarının FHN-dən qovulduqları iddia olundu. Amma bunun belə olmadığı haqda redaksiyamıza məlumatlar daxil olub və DİA.AZ-a gələn məlumatlarda o da bildirilir ki, əslində Kəmaləddin Heydərovun Rəsul Quliyevlə «qırıldığını» iddia edənlər bu uydurma xəbəri məqsədli olaraq dövriyyəyə buraxırlar. Məsələ isə tamam fərqlidir. Mövzumuzla bağlı adının açıqlanmasını istəməyən və əslən Naxçıvandan olduğunu iddia edən mənbəmizin söylədikləri: “Türkiyənin Antalya şəhərində tikintide işləyirəm. Orucəli Hacıyevi Azer, Abbas ve Yavər Əsgərov qardaşlarını Naxçıvanda olanda ve sonrasında çox yaxından tanıyıram. Bir neçə il əvvəl Antalyada təsadüfən tikintidə oranın işlərini görən bir memarla tanış olmuşdum. Naxcıvanlı olduğunu demişdi. Adı Neman Əsgəri idi. Kimlərdən olduğunu soruşanda Azər Əsgərov’un oğluyam demişdi. Noyabr ayının 2-sində Yavər Əsgərov, Azər Əsgərov ve oğlu Neman Əsgərini Antalyada Atatürk küçəsində gəzəndə gördüm və yanlarına yaxınlaşmadım”. Daha sonra mənbəmiz bildirir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Əsgərov qardaşlarını cəzalandırması ilə bağlı deyilənlər yalandır: “FHN-nin şöbələrindən birində işləyən qohumumnan telefonda danışanda soruşdum ki, yerlilərimiz Abbas və Yavəri deyəsən, işdən çıxarıblar. Gülərək dedi ki, hamısı yalandır, onları çıxarsalar, gərək onların uşaqlarını, kürəkənlərini, əmi-dayı-bibi uşaqları və nəvələrini də FHN-den çıxarardalar. Bu sözü yayırlar ki, Kəmaləddin Heydərov ve Orucəli Hacıyevin ACP-yə qərargah vermələrini ört-basdır etsinlər. ACP-ni güya dəstəkləmədiklərini sübut etmək üçün “Yavər və Abbas qardaşlarını işdən çıxardıq, onların həbs olunması ehtimalı var” kimi şaiyələr də yaydılar. Hətta qərargahın satış qiymətini artırıblar ki, kimsə oranı ala bilməsin ve ACP-ni oradan çıxarmasınlar”. Onu da qeyd edək ki, ACP-nin yerləşdiyi qərargahın satış qiyməti 2 milyon dollardan 3 milyon dollara qədər bahalaşdırılıb. Geri qayıt |