Əsas Səhifə > Güney Press / Manşet > DYP SİSTEMİNDƏ KADR İSLAHATLARI GÖZLƏNİLİR

DYP SİSTEMİNDƏ KADR İSLAHATLARI GÖZLƏNİLİR


1-11-2012, 17:04
DYP SİSTEMİNDƏ KADR İSLAHATLARI GÖZLƏNİLİR
DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza verilən xəbərdə bildirilir ki, Dövlət Yol Polisi sistemində ciddi kadr islahatları həyata keçiriləcək. Məlumatı DİA.AZ-a ötürən mənbənin bildirdiyinə görə, islahatlar zamanı aşağı heyətlə yanaşı, həmçinin DYP rəhbərliyinə aid bir sıra şəxslərin də vəzifələrindən alınması gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl DYP yeni işçiləri işə qəbul etməsi haqda rəsmi elanının mətnini və tələblərini açıqlamışdı. Mənbəmiz bildirir ki, təxminən 500-ə yaxın DYP əməkdaşının yenisi ilə əvəzlənməsi gözlənilir.

Geri qayıt