Əsas Səhifə > Güney Press / Manşet > GƏDƏBƏYİN BAŞÇISI İŞ ADAMLARINDAN XƏRAC YIĞIR
GƏDƏBƏYİN BAŞÇISI İŞ ADAMLARINDAN XƏRAC YIĞIR1-11-2012, 15:08 |
![]() İcra başçısı Ramiz Yediyarovun sahibkar genosidi davam edir DİA.AZ: - Bir müddət əvvəl Gədəbəyə yeni təyin olunmuş icra başçısı Ramiz Yediyarovdan narazılıqlar bitib-tükənmək bilmir. Yeni icra başçısının gəlişi ilə rayonda baş verənlər, yeni rəhbərin gözlənilən sahibkar genosidi haqqında yazdıqlarımızdan sonra Gədəbəydə yaşanan olaylar haqqında çoxsaylı şikayət xarakterli informasiyalar daxil olmaqdadır. DİA.AZ "AzeriNews.org"a istinadən bildirir ki, bu dəfə gözlənilən təhlükələr üzündən adının açıqlanmasını istəməyən bir qrup sahibkar redaksiyamıza müraciət edərək, rayonda yeni icra başçısı Ramiz Yediyarovun adından sahibkarlardan pul yığımına başlandığını bildiriblər. Onların sözlərinə görə, icra başçısına yaxınlığı ilə seçilən yerli məmurlar sahibkarlardan onların gəlirlərindən dəfələrlə artıq xərac yığırlar: “Dedikləri odur ki, əvvəlki başçı ilə necə işləmisiniz, özünüz bilərsiniz. Ya pulu çatdırmalısınız, ya da obyektlərinizi təhvil verin”. Sahibkarların sözlərinə görə, yığılan bu pulların birbaşa Ramiz Yediyarovun tapşırığı ilə həyata keçirildiyini dəqiq deyə bilməsələr də, fakt odur ki, icra başçıları onların görüş təklifini dəfələrlə rədd edib. Geri qayıt |