Əsas Səhifə > Cəmiyyət > XARİCİ ŞİRKƏTDƏ VƏTƏNDAŞLARIMIZA QARŞI ÖZBAŞINALIQ

XARİCİ ŞİRKƏTDƏ VƏTƏNDAŞLARIMIZA QARŞI ÖZBAŞINALIQ


1-11-2012, 12:43
XARİCİ ŞİRKƏTDƏ VƏTƏNDAŞLARIMIZA QARŞI ÖZBAŞINALIQ
İŞ MƏHKƏMƏLİK OLUB

DİA.AZ: - Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər vətəndaşlarımızın əmək hüquqlarını kobud surətdə pozmaqda davam edir. Belə şirkətlərdən biri də Rod Freyzerin başçılıq etdiyi “Stork Technical Services (RBG) Limited” adlanan şirkətdir.

Bu ilin iyul ayında işçiləri kütləvi şəkildə ixtisar etməyə başlayan şirkət Baş Meneceri Rod Freyzerin imzası ilə işçilərə göndərdiyi bildirişdə məlum olmuşdur ki, onların əmək və sosial hüquqlarını kobud surətdə pozaraq onların işlədiyi 10 il əmək kitabçasına yazılmayıb.

DİA.AZ-a verilən məlumatda deyilir ki, adıçəkilən şirkətdə “Security guard” (təhlükəsizlik işçisi) vəzifəsində işləyən Həsənov Ağasəlim Bəhman oğlu hüquqlarının pozulması ilə bağlı Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilova müraciət edib. S.Vəkilovun verdiyi məlumata görə artıq A.Həsənovun hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edilib. S.Vəkilov onu da qeyd etdi ki, Müvəkkil Hüquq Mərkəzi təkcə Ağasəlim Həsənovun hüquqlarının müdafiəsi ilə kifayətlənməyəcək, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı ictimai kampaniyaya başlayacaq. O cümlədən vətəndaşlarımızın əmək və sosial hüquqlarının təmin olunması ilə bağlı Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərlə bağlı monitorinq aparacaq.


Geri qayıt