Əsas Səhifə > Hadisə > BAKIDA ARVADINDAN QORXAN KİŞİ POLİSƏ SIĞINDI
BAKIDA ARVADINDAN QORXAN KİŞİ POLİSƏ SIĞINDI1-11-2012, 10:51 |
BELƏ DƏ OLURMUŞ Oktyabrın 31-də Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə maraqlı müraciət daxil olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Cavadxan küçəsində yaşayan 43 yaşlı V.E. bildirib ki, həyat yoldaşı onu ölümlə hədələyir. V.E müraciətində qeyd edib ki, həyat yoldaşı ilə münasibətləri pozulub: “O, Salyana atası evinə getdi. Sonra zəng vuraraq məni qətlə yetirəcəyini, kimlərinsə vasitəsilə öldürdəcəyini deyir”. 43 yaşlı kişi polisdən onun təhlükəsizliyinin təmin olunmasını, məsələnin xoşluqla yoluna qoyulmasını da xahiş edib. Bundan sonra polis ilkin araşdırmalara başlayıb və V.E-dən ona hədə zəngləri edilmiş mobil telefon nömrəsi alınıb. Polis 43 yaşlı kişinin həyat yoldaşı A.E ilə əlaqə saxlayıb. A.E bildirib ki, əslində məsələ başqa cürdür və tezliklə Bakıya gələrək həqiqəti üzə çıxaracaq. Qeyd edək ki, A.E uşaqları da götürərək atası evinə getsə də, V.E-nin Cavadxan küçəsində yerləşən mənzilində qeydiyyatdadır. Məsələnin gələcəkdə baş verə biləcək mənzil bölgüsü ilə əlaqədar bu yerə çatması istisna edilmir. Ölümlə hədələmə fakt üzrə araşdırmalar davam etdirilir. Geri qayıt |