Əsas Səhifə > Gündəm, Manşet > İRANDAN SƏRHƏD QALMAQALI İLƏ BAĞLI ŞOK İDDİA

İRANDAN SƏRHƏD QALMAQALI İLƏ BAĞLI ŞOK İDDİA


1-11-2012, 10:27
İRANDAN SƏRHƏD QALMAQALI İLƏ BAĞLI ŞOK İDDİA
FARS-MOLLA REJİMİ AZƏRBAYCANIN RƏSMİ QURUMLARINI NƏDƏ SUÇLAYIR?

DİA.AZ: - İran “İslam” Respublikasının Sərhəd Komandanlığı Azərbaycan sərhədçilərinin İran ərazisindən silahlı dəstənin Azərbaycana keçmək istəməsi barədə iddiasına münasibət bildirib. DİA.AZ-ın məlumatına görə, bur barədə İranın İSNA agentliyi məlumat yayıb.

Xəbərdə deyilir: “26 oktyabrda Azərbaycan sərhədçiləri bir qrup silahlı dəstənin ölkəmizin sərhəddindən Azərbaycan ərazisinə keçməsini iddia ediblər. Sərhəd pozucularının qarşısı alınarkən onlarla sərhədçilər arasında silahlı atışma olub. Nəticədə sərhəd pozucularından 1 nəfər yaralanıb və onu saxlaya biliblər. Lakin, üç gündən sonra o, Azərbaycanın xəstəxanasında vəfat edib.

İki ölkə sərhədçilərinin hadisə yerinə birgə baxışı zamanı Rusiya istehsalı olan bir ədəd köhnə və paslanmış döyüş silahı bir neçə patron və güllə ilə birlikdə hadisə yerindən və təqribən 40 metr aralıda Azərbaycan sərhədçilərinin istifadə etdikləri yenə bir neçə ədəd həmin patrondan tapılmışdır. Araşdırmaların ardında məlum olub ki, vəfat etmiş şəxs Ərdəbil əyalətinin Parsabad rayonunun sakini olub. O, Azərbaycanda yaşayan qohumlarını görmək üçün bu ölkəyə səfər edibmiş və qabaqlar heç bir cinayətə mürtəkib olmayıb.

Azərbaycan sərhədçiləri tərəfindən bu xəbərin yayılmasının hədəfinin bəyanında məsələnin şişirdilməsi və qaranlıq qoyulması xüsusi hədəfi izləyən qərəzli və tamamilə qeyri-peşəkar xəbərlərin verilməsini göstərir. Bu xəbərin əks etdirilməsinin növünə azacıq diqqət etmək bir neçə önəmli mövzunu vurğulamağa əsas verir.

Müxtəlif ölkələrin vətəndaşlarının xəta və cinayətə mürtəkib olması adi bir məsələdir. Hər gün sərhədçilər tərəfindən belə şəxslər saxlanılır və qanun əsasında onlarla rəftar olunur. Bu elə də ciddi bir məsələ deyil ki, Azərbaycan sərhədçiləri bunu o qədər şişirdiblər. Bundan əlavə, iki ölkə arasında bağlanan sərhəd təhlükəsizliyinin qorunması müqaviləsinin 20-ci maddəsində sərhədçilərə digər ölkənin ərazisinə keçən vətəndaşlara qarşı zorakı hərəkət, zərər yetirmək qadağan edilmişdir.

Azərbaycan Respublikasının sərhədçiləri 5 abanda (26 oktyabr) Biləsuvar bölgəsində İran İslam Respublikasının sərhədçiləri ilə görüşündə bildirdilər ki, iki nəfər İran vətəndaşı Azərbaycan ərazisindən İrana qayıtmaq istəyiblər və azərbaycanlı qüvvələri ilə atışma olub. Əgər Azərbaycan sərhədçilərinin bu şəxslərin silahlı olması barədəki iddiası düzgün olsa, gərək araşdırılsın ki, onlar hansı məqsədlə və özü də silahlı olduqları halda İran İslam Respublikasına keçmək istəyiblər və adətən Azərbaycan Respublikasında işlədilən bu növ silahları onlar haradan və necə əldə ediblər? Azərbaycan sərhədçilərinin qabaqlar da zorakı hərəkətlər etməsinə diqqət etməklə haradan məlumdur ki, Azərbaycan sərhəd qüvvələri İran vətəndaşına atəş açdıqdan sonra sərhəd qayda-qanunlarının əksinə əməl etdiklərindən bu hərəkətlərini ört-basdır etmək üçün özləri köhnə və qədimi silahları hadisə yerinə qoymayıblar?

Saxlanılmış şəxsin neçə gündən sonra Azərbaycanda şübhəli ölümü yenə bu sualı önə çəkir ki, Azərbaycan sərhədçiləri tərəfindən ortaya qoyulan mövzu həqiqət və onların əsil niyyəti ilə nə qədər uyğundur? Və nə üçün qarşı tərəf İİR-nın sərhədçilərinə yaralı şəxslə görüşmək icazəsi verməyib? Görəsən, onunla görüşdükdə həqiqətin aşkar olmasından qorxublar?

İİR Sərhəd Komandanlığının Məlumat Mərkəzi sonda xatırladıb: İran İslam Respublikasının sərhədçiləri həmişə beynəlxalq narkotik qaçaqçılarının qonşu ölkələrə, o cümlədən Azərbaycana daxil olmasının qarşısında möhkəm sədd olmuş və hər növ qadağan olunmuş malın, narkotik maddələrin daxil və xaric olmasının qarşısını almaqda əməkdaşlıq edərək öz yaxşı niyyətini sübuta yetirmişdir və Azərbaycan Sərhəd Xidmətinin məsullarından da gözlədiyi budur ki, qarşıya çıxan mövzulara diqqət etsinlər, yaxşı qonşuluq prinsipini qorusunlar, bütün ölkələrin sərhədçilərinin yerinə yetirdiyi qanuni vəzifə və tapşırıqdan başqa məqsədlər üçün istifadə etməsinlər və iki ölkə arasında qərarlaşdırılmış qanun-qaydalar çərçivəsində aydın şəkildə İran İslam Respublikasının sərhədçilərinə məlumat versinlər”.

Geri qayıt