Əsas Səhifə > Güney Press / Manşet > RÖVNƏQ ABDULLAYEV ARZUSUNA ÇATIR

RÖVNƏQ ABDULLAYEV ARZUSUNA ÇATIR


31-10-2012, 16:53
RÖVNƏQ ABDULLAYEV ARZUSUNA ÇATIR
DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Xatırladaq ki, bu günlərdə ARDNŞ şefinin Türkiyədə bahalı villaya sərmayə qoyduğu haqda məlumat yayılmışdı.

DİA.AZ-a verilən xəbərlərdən isə aydın olur ki, 2005-ci ilin parlament seçkilərindən sonra hakimiyyətin yuxarı eşalonuna qədəm basmağa müvəffəq olan Rövnəq Abdullayev artıq əlindəki varidatı ilə bir çoxlarına meydan oxuyacaq səviyyədədir. Amma deyəsən, onun belə bir qüdrətə sahib olmasından əndişə keçirənlər var.

Məlumatı verən mənbə bildirir ki, əslində Rövnəq Abdullayevin sürətli şəkildə varlanmasından həqiqətən də ehtiyat etməyinə dəyər: В«Kənardan kifayət qədər sadə və sadəlöhv birisi kimi görünən Rövnəq Abdullayev əslində kifayət qədər iddialı və ambisiyaları olan adamdır. Məsələn, o, dəfələrlə media sektorunda güclənməyə çalışıb. Hətta Bakıda bir telekanal açmaq da istəyib. Hazırda В«AntennFMВ» və bir regional kanala sahib olsa da, onun В«AntennFMВ»i telekanala çevirmə niyyətinə qarşı konkret olaraq Prezident Adminsitrasiyasından müqavimətlər göstərilibВ».

İndi isə meydanın kifayət qədər boşalması, PA şefi Ramiz Mehdiyevin zəifləməsi səbəbindən Rövnəq Abdullayevin əl-ayaq açdığını bildirən mənbəmiz onu da əlavə etdi ki, ARDNŞ rəhbəri bu günlərdə, daha dəqiqi 31 Dekabr Dünya Azərbaycanlıları Həmrəyliyi Günü ərəfəsində yeni telekanalının təqdimatını keçirəcək: В«Həmin telekanala hazırda ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi postunu tutan, MTN-nin sabiq əməkdaşı Rəşad Əliyevin qardaşı Rüstəm Əliyev rəhbərlik edəcək. Telekanal sırf xəbərlər proqrammı olacaq və eyni zamanda İTV-nin xəttindən də müstəqil bir xəttə malik olacaq. Yəni təxminən ANS variantında, amma daha çox siyasi və informativ mahiyyətə malik olan bir kanalВ».

Geri qayıt