Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏTİÇİ DÖYÜŞLƏR YENİ MƏRHƏLƏYƏ GEDİR

HAKİMİYYƏTİÇİ DÖYÜŞLƏR YENİ MƏRHƏLƏYƏ GEDİR


31-10-2012, 15:50
HAKİMİYYƏTİÇİ DÖYÜŞLƏR YENİ MƏRHƏLƏYƏ GEDİR
DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri yenidən siyasi münasibətlərin gərilməsinə nədən olacaq. Əslində ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqalı da haqlı olaraq ekspertlər məhz seçkiqabağı dönəmin ənənəvi təzahürü, yəni rəqiblərin bir-birilərinə qarşı əzələ nümayişi kimi dəyərləndirirlər. Çünki həqiqətən də Elşad Abdullayevin yaratdığı səs-küyün əsl mahiyyəti anlaşılmır və aydın olmur ki, keçmiş rektor nəyin davasını aparır: Pullarının, bağlanmış universitetinin, itmiş qardaşının, yoxsa başqa nəyinsə…

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Elşad Abdullayev minası hələ daha bir neçə təfə partladılacaq: В«Çünki proses bitməyib. Qarşı tərəf müqavimət göstərir. Alternativlərini ortaya qoyub. Odur ki, həlledici döyüşə hələ çox var. Bu həm də proseslərin əsas hədəfi kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin heç də asanlıqla təslim olmayacağının və həm də onun asan yeniləsi rəqib olmadığının göstəricsidirВ».

Mənbəmizin məlumatına görə, bu gjünlərdə Elşad Abdullayevi idarə edən cinah böyük bir qalmaqalın icrasına start verəcək: В«Çox mühüm bir fakt ortaya atılacaq. Hətta arada dolaşıqlıq da yaradılacaq. Amma yekunda əsas hədəfin üzərinə gəlinəcəkВ».

Geri qayıt