Əsas Səhifə > Ölkə, Manşet > SAATLI HƏRBİ KOMİSSARLIĞINDA “MÜLKİ BAZARLIQ”
SAATLI HƏRBİ KOMİSSARLIĞINDA “MÜLKİ BAZARLIQ”31-10-2012, 15:02 |
DÖVLƏT XİDMƏTİ NECƏ BAZARA ÇEVRİLİB DİA.AZ: - Hər kəs bilir ki, hərbi xidmətdə olmayanların hüquq muhafizə orqanlarında və Ədliyyə Nazirliyi sistemində işə qəbulu çox müşkül məsələdir. Bu sahələrdə işləmək istəyən gənclərdən ilk tələb olunan hərbi xidmət keçmələridir. Ancaq Saatlı Rayon Məhkəməsinin katibi Elşən Həsənov hazırda işlədiyi yerə işə qəbul olunan zaman elə bir çətinliklə qarşılaşmayıb. O, sağlam olduğu halda hərbi xidmətdən yayınıb. Özü də fırıldaq yolu ilə. Qeyd edək ki, bu barədə məlumatlar hələ öncədən də yerli mətbuatda yayılsa da, nədənsə Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin rəhbərliyi buradakı özbaşınalıqlara göz yumur. Bildirilənə görə, burada maraqlı şəxslər var. Hər halda Elşən Həsənovun necə işə düzəlməsində Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsininrəhbərliyinin də yetərincə xidmətləri var. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Saatlı rayon hərbi komissarlığında rüşvətxorluq izaholunmaz həddədir. Artıq hərbi komissarlıqda özbaşınalıq elə bir həddə çatıb ki, hamı günahı bir-birinin üzərinə atır. Redaksiyamıza məlumat verən rayondakı mənbə bildirir ki, hərbi komissar rəhbərlik etdiyi qurumda əsl “bazar” siyasəti yürüdür. Mənbənin sözlərinə görə, Saatlının hərbi komissarlığının işçiləri 2008-ci ildə saxta hərbi biletlər satmaqla məşğul olub. Bu işdə onun müavinləri və şöbə müdirləri, xüsusən də 4-cü şöbənin rəisi daha aktiv olub. Bildirilir ki, o, rüşvət yığımına görə, rayonda adla tanınan məmurlardandır. Bir müddət əvvəl saxta hərbi biletlərlə bağlı hərbi komissarlıqda yoxlama aparılıb. Bu zaman komissarlığn nümayəndələri isə yoxlamalar zamanı bildirib ki, guya şöbə müdirləri və müavinləri onun xəbəri olmadan saxta biletləri satıblar. O hətta yuxarı dairələrə də bu işlərdən xəbəri olmadığı barədə “məlumat” ötürüb. Mənbə isə bildirir ki, bununla da hərbi komissarlıq işçiləri əslində, özünü günahlardan sığortalamağa çalışıb. Çünki hərbi komissarın xəbəri olmadan onun müavinlərinin hər hansı saxta sənədi satmaq kimi böyük bir cinayəti törətməyə cəhd etməsi inandırıcı görünmür. Hazırda müharibə şəraitində yaşayan bir ölkənin hərbi qurumunda rüşvət və korrupsiyanın yaşanmasının, gəncləri vətəni qorumağa yola salan komissarlıqlarda başıpozuqluğun hökm sürməsinin xoşagəlməz hal olduğu çoxlarına bəllidir. Məlumata görə, hətta sağlam gəncləri rüşvət almaq yolu ilə ordudan yayındıran Saatlı rayon komissarlığı onların yerində hərbiyə yarasız gəncləri göndərir. Onun göndərdiyi gənclərin isə bir müddət sonra xəstələnərək hərbi xidməti yarımçıq tərk etməli olurlar. Xəstələnərək orduya yarasız və ya məhdud yararlı statusu alan bu gənclər bir neçə ay müddətində ordudan tərxis olunurlar. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.. Geri qayıt |