Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN ADAMLARINI VƏZİFƏDƏN ALIRLAR
RAMİZ MEHDİYEVİN ADAMLARINI VƏZİFƏDƏN ALIRLAR31-10-2012, 12:40 |
ONLARIN YERİNƏ YENİ İQTİDAR KOMANDASININ ÜZVLƏRİ TƏYİN OLUNACAQ DİA.AZ: - Yaxın zamanlarda ölkə başçısının sərəcanmı ilə bir sıra rayon-şəhər icra hakimiyyəti başçıları dəyişdiriləcək. Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı mənbə xəbər verib. Qaynaq iddia edir ki, əslində icra başçılarının yeni budama dalğası bir qədər gecikmiş hesab olunur. Və bu məsələdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqal müstəsna rol oynayıb. Məlumatı verən qaynaq iddia edir ki, son zamanlar ciddi şəkildə nişangaha çevrilən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev gözlənilən yeni kadr dəyişikliklərində kənarda qalacaq. Yəni onun iradəsi yeni təyinatlarda rol oynamayacaq və əksinə, ona yaxın hesab olunan icra başçılarını vəzifələrindən alınacaq. Əldə etdiyimiz məlumata görə, vəzifəsindən gedəcək başçılar arasında Tovuzun rəhbəri Tofiq Zeynalovun da adı çəkilir. Onun «vurulmasına» əsas səbəb kimi 65 yaşı keçməsi və əhalinin ondan narazılığıdır. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı olan Tofiq Zeynalov 5 ildən çoxdur ki, bu rayona rəhbərlik edir. Rayonun mərkəzi və strateji yerlərindəki bütün ticarət obyektləri demək olar ki, Zeynalov qardaşlarının nəzarətinə keçib. Tovuz kəndlərinin su və digər problemlərinin də indiyədək həllini tapmaması da yerli əhalidə Tofiq Zeynalova qarşı narazalığı artırıb. Əldə etdimiz məlumata görə Paşayevlərə yaxın olduğu bildirilən rayon maliyyə şöbəsinin rəisi Mübariz Salmanov Tofiq Zeynalovu əvəzləyəcək. Geri qayıt |