Əsas Səhifə > Sosial, Manşet > BİLƏSUVARIN İCRA BAŞÇISI İLƏ BAĞLI QALMAQAL

BİLƏSUVARIN İCRA BAŞÇISI İLƏ BAĞLI QALMAQAL


31-10-2012, 12:07
BİLƏSUVARIN İCRA BAŞÇISI İLƏ BAĞLI QALMAQAL
MAHİR QULİYEVƏ QARŞI ÜSYAN GÖZLƏNİLİR: 2-Cİ QUBA HADİSƏLƏRİ

DİA.AZ: - Son zamanlar adı bir çox yeyinti faktlarında hallandırılan Biləsuvarın icra başçısı Mahir Quliyev deyəsən, Qubadakı 1 Mart olayları zamanı qurban verilmiş Qubanın keçmiş icra başçısı Rauf Həbibovun yolunu getməyə, yeni üsyan dalğası yaratmağa başlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Mahir Quliyevin Azərbaycan türkünün şanlı övladı, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovu incitməsi ilə bağlı məlumatlar yerli KİV-də yayıldı. Bunun ardından buraxdığı yanlışını düzəltmək əvəzinə, icra başçısının Milli Qəhrəmanın atasını təhdid etdiyi və ondan xəbərsiz, onun adından hakimiyyətə yaxın mətbuatda «təkzib» açıqlaması yaydığı aydın oldu.

Hələ də bu məsələnin bitmədiyi gələn son məlumatlardan aydın olur. Belə ki, DİA.AZ-ı bilgiləndirən Biləsuvardakı qaynaq rayonda Mahir Quliyevə qarşı bir hərəkətlənmənin baş qaldırdığı söyləyib: «Rayon ictimaiyyəti icra başçısının belə bir davranışından gec xəbər tutub. Əgərn əvvəldən bəlli olsaydı, o zaman icra hakimiyyətinin binasına hər kəs axışardı. Bu gün Azərbaycanın hər yerində olduğu kimi, Biləsuvarda da Mübariz İbrahimovun ruhuna böyük sayğı var. Və belə bir övladı vətən üçün yetişdirmiş ataya düşmən münasibət bəsləyən icra başçısı Biləsuvarda bir gün də oturmamalıdır».

Artıq Mahir Quliyevə qarşı imzatoplama kampaniyasına start verdiklərini bildirən rayon sakinlərinin sözlərindən o da aydın oldu ki, onlar hələlik etirazlarını bu formada ortaya qoyurlar: «Amma imzalarımızı toplayıb Prezident Administrasiyasına yolladıqdan sonra da Mahir Quliyevlə bağlı ölçü götürülməyəcəksə, o zaman biz kütləvi aksiyalar da keçirməli olacağıq».

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt