Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN RUSİYAYA «RUS ARAĞI» İDXAL EDİR

AZƏRBAYCAN RUSİYAYA «RUS ARAĞI» İDXAL EDİR


31-10-2012, 09:55
AZƏRBAYCAN RUSİYAYA «RUS ARAĞI» İDXAL EDİR
PUTİNİN SON İSLAHATLARI AZƏRBAYCANDAKI İŞBAZLARI HƏRƏKƏTƏ GƏTİRİB

DİA.AZ: - Məlum olduğu kimi, gələn ilin əvvəlindən etibarn bütün Rusiya ərazisində spirtli içkilərin və tütün məhsullarının qiyməti bir neçə dəfə qədər qaldırılacaq. Məsələn, verilən xəbərlərdən bəlli olur ki, Azərbaycanda bir qutusu 1 manat 40 qəpiyə satışa çıxarılan «Kent» siqaretinin Rusiya bazarlarındakı qiyməti 3 manat 10 qəpiyə qədər qaldırılacaq. Bu bahalaşma prosesində isə qiyməti daha çox qaldırılan isə rus araqları olacaq.

Bu barədə Rusiyadakı soydaşlarımızın DİA.AZ-a bildirdiyinə görə, artıq indidən bahalaşma dövrünə tədarük görən iş adamları var. Onlar indidən spirtli içkiləri depolara yığmaqla məşğuldurlar. Hətta bu məqsədlə büdcəsindən 10 milyon dollar ayıran sahibkarlar da var ki, onlardan biri də Rusiyada yaşayan çox nüfuzlu iş adamlarından biri Frenk Elkaponedir (Füzuli Məmmədov).

Xatırladaq ki, Füzuli Məmmədov bir zamanlar Azərbaycanda Xalq Vətənpərvərlər İttifaqı adlı partiya və Frenk Uşaq Fondu yaratmışdı. Rusiyada fəaliyyət göstərən və İtaliyanın qaranlıq çevrələri ilə əlaqədar olduğu iddia edilən Frenk Elkapone həmçinin «İntersever» Şirkətlər qrupunun prezidentidir. Onun Azərbaycanda siyasi hakimiyyətlə yollarının ayrılması sonradan cibindən heroin «tutularaq», Rusiyanın xüsusi xidmət orqanları tərəfindən bir illik həbsə atılması ilə nəticələnmişdi. Və bununla da həmin dönəmlərdə Qarabağdan gələn məcburi köçkün ailələrinə bir ay ərzində 100 min dollar həcmində nağd pul yardımı paylayan Frenk Elkaponenin Azərbaycana birdəfəlik «əlvida» deməsinin təməli atıldı.

Rusiyadakı soydaşlarımız bildirir ki, hazırda Elkapone gözlənilən bahalığı nəzərə alaraq təkcə 10 milyon dollarlıq spirtli içkini depolarına toplayıb.

Amma bu məsələdə ehtiyatlı davranan təkcə Frenk Elkapone deyil. Redaksiyamızın əldə etdiyi informasiyalardan aydın olur ki, həm də iş adamı kimi tanınan Azərbaycanın millət vəkillərindən biri Rusiyaya «rus arağı» ixrac etmək fikrinə düşüb. Mənbəmizin söylədiyi ilginc faktlar:

«Həmin deputat hətta gömrüklə də məsələləri danışıb və Azərbaycandakı şərab zavodlarının birində üzərində «Rusiyada istehsal olunub» ifadəsinin yer aldığı rus araqlarının istehsalını planlaşdırır. Çünki bahalaşmadan sonra Rusiya bazarlarında ən ucuz rus arağının qiymətinin 20 dollar olacağı gözlənilir. Və belə bir şəraitdə hər nə olsa, içəcək ruslar üçün adı rus arağı olan ucuz Azərbaycan arağından gözəl vasitə ola bilməz».

Məhz belə bir məqsədlə Azərbaycanda rus araqları istehsalına indidən start verildiyini bildirən mənbəmiz, hətta həmin məhsullardan bəziləri bu günlərdə Azərbaycan bazarlarına da «rus arağı» adı altında satışa çıxarılıb: «Doğrudur, ilkin partiyalarda keyfiyyət yaxşıdır, amma Rusiya bazarının tələbatı nəzərə alınarsa, o zaman həm yerli bazardan imtina olunacaq, həm də keyfiyyətdən».

Geri qayıt