Əsas Səhifə > Hadisə, Manşet > MİSİR MƏRDANOVUN NÖVBƏTİ QURBANI BƏLLİ OLDU

MİSİR MƏRDANOVUN NÖVBƏTİ QURBANI BƏLLİ OLDU


30-10-2012, 17:46
MİSİR MƏRDANOVUN NÖVBƏTİ QURBANI BƏLLİ OLDU
BAKI HUMANİTAR KOLLECİ İLƏ BAĞLI İLGİNC FAKTLAR

DİA.AZ: - Zaman-zaman təhsil nazirliyinin hədəfinə çevrilən Bakı Humanitar kollecinin fəaliyyətinin ciddi şəkildə araşdırılacağı ilə bağlı DİA.AZ-a olduqca maraqlı məlumatlar daxil olub. Bildirək ki, bu yaxınlarda təhsil nazirliyi sözügedən kollecin fəaliyyətindəki neqativ faktları rəsmən etiraf etmişdi və bildirilirdi ki, bu gün təhsil nazirliyinin qaynar xəttinə daxil olan şikayətlərin əksəriyyəti məhz Bakı Humanitar Kollecindəki neqativ hallarla bağlıdır.

Belə ki, kolleclə bağlı edilən müraciətlərdə əsasən tələbələrin təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsilin sənədlərinin - diplomların verilməsindəki rüşvətxorluğa rəvac verən süni bürokratik əngəllər barədə şikayətlər əks olunub.

İndi isə Bakı Humanitar Kolleci ilə bağlı vəziyyətin daha da gərginləşdiyini bildirən mənbəmiz vurğuladı ki, bu təhsil müəssisəsindəki aşkar rüşvətxorluq bəzi maraqlı şəxslərə kollecin rəhbərliyinin «vurulması» üçün zəmin hazırlamaqdadır. Bildirilir ki, əslində TN-dəki bəzi çevrələr BHK rəhbərliyini məqsədli olaraq hədəfə çevirirlər və hətta nazirlik tərəfindən kollecdə yoxlamaların həyata keçirilməsi üçün Hesablama Palatasına müraciət də edilib.

Məlumatı verən mənbə onu da bildirir ki, yaxın günlərdə BHK ilə bağlı ciddi addımlar atılacaq: «Ola bilsin ki, həbslər də olsun. Hansısa müəllimi rüşvət alarkən yaxalasınlar. Amma aydın olanı odur ki, elə bui şin arxasında TN-dəki bəzi rəhbər şəxslər dayanır». Mənbəmiz sübutlardan biri kimi bu yaxınlarda təhsil nazirliyinin akkreditasiya şurası tərəfindən kollecin fəaliyyətinin «kafi» qiymətlə dəyərləndirilməsi faktını da ortaya qoydu: «Bunlar təsadüfi deyil. Tədarük kimi qəbul olunmalıdır və çoxdandır hədəfdə olan kollec yaxın günlərdə ciddi hadisələrin ünvanına çevrilə bilər. Çünki artıq TN-nin rəhbərliyi belə BHK-nı antikorrupsiya tədbirlərində qurban verə bilməsi üçün bütün mümkün addımları atıb».

Geri qayıt