Əsas Səhifə > Güney Press / Manşet > RƏSUL QULİYEVLƏ ƏLİ HƏSƏNOV GÖRÜŞDÜ
RƏSUL QULİYEVLƏ ƏLİ HƏSƏNOV GÖRÜŞDÜ30-10-2012, 16:51 |
![]() DİA.AZ: - Redaksiyamıza ilginc bir məlumat daxil olub. Mötəbər mənbənin DİA.AZ-a bildirdiyinə görə, ABŞ-da siyasi mühacir həyatı yaşayan parlamentin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Moskva şəhərindədir. Onun Rusiya paytaxtına hansı məqsədlə gəldiyi barədə isə müxtəlif fikirlər var. Redaksiyamızı bilgiləndirən Moskvadakı bəzi qaynaqların iddiasına görə, Rəsul Quliyev hazırda Rusiya paytaxtında səfərdə olan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla da görüşüb. Mənbəmiz iddia edir ki, görüş Rusiyanın və Azərbaycanın siyasi rəhbərliyinin iradəsi ilə baş tutub. Xatırladaq ki, bir neçə gün əvvəl Rəsul Quliyev Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bildirmişdi və keçmiş spikerin bu açıqlamalarına hakim Yeni Azərbaycan Partiyasından olduqca kəskin reaksiyalar verilmişdi. Amma indii aydın olur ki, məlum radikallıq səbəbsiz deyilmiş və hakimiyyətiçi münasibətlərdə müşahidə olunan dəngə dəyişikliyi fonunda bəzi qüvvələr, konkret olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə aid olan qanad Rəsul Quliyevə barışıq əli uzatmağa hazırlaşır. Özü də Rusiyanın araçılığı ilə. Bildirək ki, Rəsul Quliyevə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da bir sıra jestlər etməsi barədə mətbuatda məlumatlar yayıldı və hətta FHN şefinin yaxın adamlarından birinin bu günlərdə Ankarada В«RixsosВ» otelinin restoranında ACP lideri ilə məxfi şəkildə görüşdüyü də məlum oldu. Rəsul Quliyevin Kremlə münasibətlərinə gəlincə isə, onun Rusiyanın xüsusi xidmət orqanlarına bağlı olduğu hələ əvvəldən ortaya net şəkildə qoyulan iddialardandır. Hətta 2003-cü ildə ABŞ Dövlət Departamenti adından Azərbaycanla bağlı açıqlanan hesabatda açıq şəkildə Azərbaycan siyasətinin avtoritetləri təhlil olunmuş və aşağıdakı qənaət ortaya qoyulmuşdu. Həmin sənəddə bildirilirdi ki, rəsmi Vaşinqton bundan sonra İlham Əliyev, Əli Kərimli, İsa Qəmbər və Etibar Məmmədovla əməkdaşlıqda maraqlıdır. Yalnız bu əsnada Rəsul Quliyev istisna kimi göstərilməklə yanaşı, bildirilmişdi ki, keçmiş spiker Rusiyanın xüsusi xidmət orqanlarına bağlı bir fiqurdur və onun zamanında neft maqnatı kimi ortaya çıxmasında da sovet В«KQBВ»si ilə olan müstəsna əlaqələri mühüm rol oynayıb. Son məlumatlarda isə bildirilir ki, Rəsul Quliyevlə görüşən PA-nın şöbə müdiri Əli Həsənov keçmiş spikerə çox ciddi ismarıclar və təkliflər çatdırıb: В«Danışıqlar masasında konkret olaraq 2013-cü il prezident seçkiləri müzakirə olunub. Ola bilsin ki, Azərbaycanda mövqeləri kifayət qədər zərbə görmüş Ramiz Mehdiyev Rəsul Quliyevin timsalında Naxçıvan klanını yenidən ön mövqeyə çıxarmağı qəsd edir. Hər halda, bunlar baş verərsə, gözlənilən prezident seçkilərinə qədər çox mühüm yenilikləri müşahidə edəcəyikВ». Mənbəmiz bildirdi ki, hələlik Rəsul Quliyevlə Əli Həsənovun görüşündə konkret olaraq nələrin müzakirə olunduğu bəlli deyil: В«Amma istənilən halda yaxın günlərdə bu görüşün təəssüratlarını görə biləcəyikВ». Geri qayıt |