Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: ABBAS ABBASOVA В«GER ÇƏKİLВ» TƏLİMATI
ŞOK: ABBAS ABBASOVA В«GER ÇƏKİLВ» TƏLİMATI30-10-2012, 16:46 |
![]() DİA.AZ: - Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri kimi hələ düz-əməlli fəaliyyət göstərə bilməyən, Bakıdan davamlı olaraq təzyiqlərə məruz qaldığı iddia olunan baş nazirin keçmiş müavini Abbas Abbasovun ÜATİ-dən gedəcəyi ilə bağlı məlumatı hələ öncədən xəbər vermişdik. DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, bu həftə Abbas Abbasov rəsmən açıqlama verəcək və cəmiyyət arasında В«Oliqarxların təşkilatıВ» kimi tanınan yeni qurumdan getdiyini bəyan edəcək. Moskvadakı qaynaqlardan sızan informasiyada bildirilir ki, Abbas Abbasovu bu addıma inandıra bilməsi üçün oğlu, millət vəkili Aydın Abbasova bir sıra təlimatlar verilib: В«Ola bilsin ki, bu günlərdə Aydın Abbasov atası ilə görüşmək üçün Moskvaya getsinВ». Onu da bildirək ki, Abbas Abbasov ÜATİ-nin fəaliyyətini dondurduğunu bildirib. Amma buna baxmayaraq, təşkilat fəaliyyət göstərir və hətta ermənilərlə Rusiya paytaxtında görüş də keçirib. Və buradan belə bir nəticə də hasil olur ki, əslində fəaliyyətini donduran ÜATİ yox, Abbas Abbasovdur. Mənbəmiz bildirir ki, prezident İlham Əliyevlə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşə cəhd etməsinə baxmayaraq, adları çəkilənlərin heç biri Abbas Abbasovu qəbul etməyib. Geri qayıt |