Əsas Səhifə > Güney Press / Manşet > bp-NİN AZƏRBAYCANDAKI FƏALİYYƏTİ BİTİR
bp-NİN AZƏRBAYCANDAKI FƏALİYYƏTİ BİTİR30-10-2012, 15:42 |
![]() DİA.AZ: - Bir müddət əvvəl şəxsən prezident İlham Əliyevin hədəfinə çevrilən məşhur В«British Petrlium-AzerbaijanВ» şirkətinin fəaliyyətinə son qoyula bilər. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki qaynaq iddia edir ki, bp-nin Azərbaycandakı fəaliyyəti sonradan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tərəfindən təqdir olunsa da (halbuki İlham Əliyev şirkəti öhdəliklərə əməl etməməkdə və bununla da Azərbaycan dövlətinə 8 milyard ABŞ dollarına yaxın həcmdə ziyan vurmaqda ittiham edirdi -red.), hələ də Britaniyaya məxsus bu neft konserni Azərbaycanın rəsmi dairələri ilə işlərini yoluna qoymağa müvəffəq olmayıb. Mənbəmiz bildirir ki, buna qədər İlham Əliyev bp-ni 10 milyard ABŞ dollarını oğurlamaqda ittiham etmişdi və bu faktlar hətta məşhur В«VikiliksВ» təşkilatının açıqladığı məxfi sənədlərdə də yer almışdı. Doğrudur, sonradan rəsmi Bakı ilə münasibətlərini yoluna qoyan ingilis şirkətinə hətta Meksika körfəzində baş verən olayların ardından ABŞ-la yaranmış böhran müstəvisində Azərbaycan hakimiyyəti tərəfindən dəstək də verilmişdi. Amma buna rəğmən Azərbaycan prezidenti bp-ni öhdəliklərə əməl etməməkdə ittiham etməklə yanaşı, şirkəti ilin sonuna qədər üzərinə düşən məsuliyyət yükünə uyğun hərəkət etməyə dəvət etmişdi. Doğrudur, prezident həmin çıxışında bp-nin iki aya 8 milyard dollar qazancı əldə edən hasilata nail olmayacağını da söyləmişdi, amma bu şəraitdə belə məsələ ilə bağlı açıqlama verən ARDNŞ prezidenti əcnəbi şirkəti müdafiəyə qalxaraq bp-nin mümkün risqlərdən uzaq qaçması səbəbindən belə bir situasiyanın yetişdiyini ifadə etdi. Lakin redaksiyamıza danışan mənbə bildirir ki, artıq bp-nin Azərbaycandakı fəaliyyətinə son verilə bilər və bununla bağlı konkret qərarlar da var: В«Rəsmi Bakı prezidentin sərt çıxışının ardından danışıqlar masasına oturan bp-yə şərtlərini çatdırsa da, Britaniya şirkəti həmin öhdəliklərlə bağlı verdiyi məxfi hesabatında qoyulan tələblərə əməl edə bilməyəcəyini bildirib. Bununla razılaşmayan Azərbaycan dövləti isə gələn ilin əvvəllərindən şirkətlə müqaviləyə yenidən baxıla biləcəyini söyləyib. Bu isə bp-nin Azərbaycandakı fəaliyyətinə rəsmən son qoyulması anlamına gəlirВ». Geri qayıt |